Həftəsonu QADAĞASI ilə bağlı qərarda DƏYİŞİKLİK EDİLDİ

Nazirlər Kabineti karantin rejiminin sərtləşdirilməsi qərarında dəyişiklik etdi

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarında dəyişiklik edib.

"AzerTaym.az" bildirir ki, dəyişikliklərin edilməsi ilə bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qeyd olunan şəhər və rayonlarda sərt karantin günlərində fəaliyyət göstərəcək iş və xidmət sahələri artırılıb.

Qərardakı dəyişikliyə əsasən, xəstəxanalar və təcili tibbi yardım müəssisələri ilə yanaşı, dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər də fəaliyyət göstərəcək.

Həmçinin, rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək.






Fikirlər