Keçmiş arvadından İbrahimə SƏRT SÖZlər - "ALLAH ağıl versin"
Yeni eşqə başlayan müğənni İbrahim Tatlısəsin münasibəti barədə keçmiş həyat yoldaşı, aktrisa Pərihan Savaş fikir bildirib. "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, Bodrumda istirahət edən P.Savaş 3 il evli qaldığı Tatlısəsin sevgilisi Gülçin Karakayanın ondan 43 yaş kiçik olmasi ilə bağlı müxbirlərin sualına belə cavab verib: "Deyiləcək söz yoxdur, Allah ağıl versin". Xatırladaq ki, Tatlısəs yeni sevgilisi ilə ilk dəfə "Kanal D"də yayımlanan "2. Sayfa" proqramında kameralar qarşısına keçib. Müğənni Gülçinlə Bodrumdakı bağ evində dincəlir. 25 yaşlı Karakaya bir il yarımdır ki, İbrahimlə birlikdədir. Tatlısəs "Çox xoşbəxtəm. Qadınsız dayana bilmərəm" sözlərini deyib. Sevgilisi həm də Tatlısəsin sosial şəbəkədəki profillərini idarə edir. Qeyd edək ki, 7 övlad, 9 nəvəsi olan müğənninin 68 yaşı var.