QIZI İbrahim TATLISƏSİ məhkəmədə UDDU...
Türkiyənin məşhur ulduzu İbrahim Tatlısəsin müğənni qızı Dilan məhkəmə yolu ilə atasının soyadını alıb. Dilanın bu soyadı qazanmaq üçün uzun illər mübarizə apardığı bildirilir. Məhkəmədə şahid kimi qızın xalası Hülya Kulakçı dindirlib. Kulakçı bildirib ki, məhəkəməyə müraciət edən Dilan İbrahim Tatlısəsin qızıdır: “Məhkəmə davası açan tərəfin anası ilə İbrahim Tatlısəs rəsmi evli olmayıb. Buna görə də Dilan, anasını sonradan evləndiyi Cem Çıtakın soyadını alıb. Dilanın atası İbrahim Tatlısəs olduğu üçün öz soyadını istəyir".
Türkiyə mətbuatının verdiyi məlumata görə, o, bu günə qədər Çıtak soyadı ilə tanınıb.
Şahidin ifadəsindən sonra məhkəmə Dilanın xeyrinə qərar çıxarıb.