Prezident “Azərsu”ya pul ayırdı — SƏRƏNCAM
Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "AzerTaym.az" bildirir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etsinlər. 2. Bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756,0 (yeddi yüz əlli altı) min manat ayrılsın. 3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Sıra №-si Rayonun adı Quyuların sayı, ədəd Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər Balakən 1 Sarıbulaq kəndi 2631 Beyləqan 1 Mil qəsəbəsi 2456 1 Milabad qəsəbəsi 2465 1 Yeni Mil qəsəbəsi 2313 Bərdə 1 Xanxanımlı kəndi 398 1 İkinci Nazırlı kəndi 817 1 Kələntərli kəndi 2100 Biləsuvar 1 Təzəkənd kəndi 1879 Cəlilabad 1 Üçtəpə kəndi 8179 Goranboy 1 Xınalı kəndi 1018 1 Yolqulular kəndi 819 Kürdəmir 1 Şilyan kəndi 5436 Quba 1 Vladimirovka kəndi 3230 Neftçala 1 Xol Qarabucaq kəndi 2724 Şabran 1 Çölquşçu kəndi 901 1 Pirəmsən kəndi 862 Şəmkir 1 Dəllər Cırdaxan kəndi 3145 Tərtər 1 İsmayılbəyli kəndi 1549 1 Sarov kəndi 1870 1 Səhləbad kəndi 2142 Ucar 1 Qazyan kəndi 6868 Yardımlı 1 Mirimli kəndi 1642 Zaqatala 1 Aşağı Tala kəndi 7304 1 Göyəm kəndi 2374 Cəmi: 24 24 65 122