Ölkəmiz UEFA reytinqində irəlilədi

olkemiz-uefa-reytinqinde-ireliledi

Azərbaycan "Qarabağ"a görə UEFA reytinqində iki pillə irəliləyib

Bu "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini məğlub etməsi sayəsində gerçəkləşib - 4:0.

Qələbəyə görə ölkənin aktivinə 0,375 xal yazılıb və Azərbaycan 14.750 xalla 26-cı sıradan 24-cü yerə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo"suna (Brest) 3:6 hesabı ilə uzusması səbəb olub.

Hələ ki, UEFA reytinqində Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları bu gün Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Müvafiq olaraq "Molde" və ÇFR qələbə qazansalar ölkə 24-cü sıradakı mövqeyini itirə bilər.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək. (report)






Fikirlər