İsrail şirkətinin etirazları yatırmaq üçün Lukaşenkoya dəstək verdiyi üzə çıxdı...-GÖZLƏNİLMƏZ!

6000-ə yaxın nümayişçinin həbs olunduğu Belarusdakı etiraz aksiyalarına qarşı qəddar basqın AB-nin bu ölkənin yüksək vəzifəli məmurlarına yeni sanksiyalar tətbiq etməsinə səbəb olub. Bu arada məlum olub ki, İsrailin “Cellebrite” şirkəti Belarus təhlükəsizlik xidmətlərini mobil telefonların kodlarını sındırmaq və məlumatları çıxarmaq texnologiyası ilə təmin edib.
Moderator.az xəbər verir ki, bu haqda  İsrailin “Haaretz” nəşri məlumat yayıb.
“Cellebrite” əvvəllər hökumətin etirazçılara qarşı hücum başlatdığı Hong Kong polisi üçün də oxşar bir sifariş icra edib. 
Bir sıra insan hüquqları fəallarının İsrail Müdafiə Nazirliyinin İxraca Nəzarət idarəsinə göndərdiyi məktubda “Cellebrite’”nin 1994-cü ildən bəri Aleksandr Lukaşenko tərəfindən idarə olunan Belarusa cib telefonlarının “sındırılması” texnologiyasını satışının dərhal dayandırılmasına çağırılır.
“Cellebrite” Belarusa avadanlıq satdığını təsdiqləməkdən imtina edib. Lakin bu barədə məlumat birbaşa Belarus təhlükəsizlik xidmətlərindən gəlir. Ölkənin istintaq orqanları rejimin Belarusda 2016-cı ildən bəri texnologiyasından istifadə olunan “Cellebrite” tərəfindən hazırlanmış “UFED” kriminal ekspertiza platformasını əldə etdiyini təsdiqləyən bir neçə rəsmi hesabat yayıb.
Sultan Laçın.






Fikirlər