Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı TƏBRİK etdi
Türkiyənin Milli Müdafiə Nazirliyi 15 sentyabr - Bakının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, nazirliyin rəsmi twitter səhifəsindən yaydığı açıqlamada bildirilir: “Bu gün Nuri Paşa komandanlığında Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından xilasının 102-ci ildönümüdür. 15 sentyabr 1918-ci ildə Bakının işğaldan qurtuluşunda şəhid və qazi olan əsgərlər ehtiramla yad edirik. Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”.