Türkiyə Ermənistana ordu göndərir
Əsgərlər "Avropada Adi Silahlı Qüvvələr" haqqında müqavilə çərçivəsində göndərilir.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir.
Əsgərlər Ermənistana Beynəlxalq razılaşmalar əsasında göndəriləcək.
Türkiyə ordusunun nümayəndələri Ermənistana "Avropada Adi Silahlı Qüvvələr" haqqında Müqavilə çərçivəsində göndəriləcək: “Razılaşma çərçivəsində Türkiyənin liderliyi ilə 11 oktyabr tarixindən Ermənistanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçiriləcək. Türkiyə Nəzarət Qrupunun tərkibində Slovakiyadan olan hərbçi də yer alacaq.”- deyə məlumatda bildirilir.
Baş Qərargahdan açıqlanan məlumata görə, yoxlamalar həyata keçirildikdən sonra qrup oktyabrın 14-ü Türkiyəyə qayıdacaq.
Türkiyə ordusunun xüsusi təyinatlıları
Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında həm ermənilərin qondarma soyqırımı ilə bağlı həmdə Azərbaycan torpaqlarının işğalı ilə bağlı soyuq münasibətlər var. Türkiyə-Ermənistan münasibətləri 1993-cü ildən pozulub. Buna səbəb Ermənistanın beynəlxalq ictimaiyyətdə "erməni soyqrımı" ilə bağlı apardığı antitürk kampaniyası, həmçininAzərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal etdikdən sonra qonşu ilə sərhədlərini bağlayıb. Türkiyə bu addımı Kəlbəcərin işğalından sonra atıb.
Türkiyə - Ermənistan sərhədi (qırmızı rənglə işarələnib)
Dövlətlər arasında münasibətləri bir neçə dəfə bərpa etmə cəhdləri olub.
2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürixşəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzalayıblar.
Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. İkinci sənəddə qeyd olunur ki, protokollar qüvvəyə minəndən sonra iki ay ərzində Türkiyə ilə Ermənistan arasındakı dövlət sərhədi açılmalı idi. Amma 2 ölkənin bir-birinə qarşı irəli sürdüyü tələblərin icrasında razılığa gələ bilmədikləri üçün bu sənədlərdə nəzərdə tutulan məsələlər hələ də icra olunmur.
Sürix protokolunun imzalanma mərasimi
Hətta 2009-cu ildə Türkiyənin keçmiş prezidenti Abdullah Gül və Ermənistan prezidenti Serj Sarkisyan arasında Türkiyədə görüş olub. Görüş Türkiyə-Ermənistan futbol matçı çərçivəsində keçirilib.
Türkiyə prezidenti erməni həmkarının şərəfinə ziyafət verib. Həmin dövrdə sərhədlərin açılması məsələsidə gündəmə gəlmişdi. Amma Türkiyə Ermənistanın qarşısına sərhədlər yalnız Azərbaycan torpaqları azad olunmalıdır şərtini qoydu. Bu səbəbdən Türkiyə- Ermənistan sərhədi hələ də bağlıdır.
Bir müddət əvvəl isə Vaşinqtondakı “Karnegi” Fondunun Avrasiya məsələləri üzrə eksperti Tomas de Vaal bildirib ki, Türkiyə-Ermənistan münasibətləri əgər Hillari Klinton president seçilərsə, normallaşa bilər.
“Kiçik də olsa, iki ölkə arasında münasibətlərdə pozitiv ab-hava yaradan addımlar atılmaqdadır. Vaşinqton bu məsələyə yalnız yeni prezidentin dönəmində ciddi şəkildə qayıdıla bilər. Erməni-türk münasibətləri üçün Hillari Klintonun növbəti seçkilərdə qələbəsi perspektivli ola bilər”-deyə analitik əlavə edib.
Tomas de Vaal - “Karnegi” Fondunun Avrasiya məsələləri üzrə eksperti
Ekpretin fikirinə əsaslansaq Klinton seçilərsə, Ermənistan-Türkiyə münasibətlərində yeni mərhələ başlayacaq. İndi isə Türkiyə Ermənistana Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində əsgər göndərir. Ola bilsinki, əsgər göndərilməsi ekspertin dediyi kimi münasibətlərin yeni məlhələsinin bir hissəsidir.