“Ermənilərin kökü kəsilməsə, mümkün deyil!“ - Rasim BALAYEV

“Ermənilərin kökü kəsilməsə, mümkün deyil!“ - Rasim Balayev

Bu bir ayda xeyli iş görülüb, görün, neçə rayonumuz, kəndlərimiz işğaldan azad edilib. Düşmənin nə qədər texnikası məhv edilib, ələ keçirilib. “YouTube”da, sosial şəbəkələrdə məlumatlara baxıram, oxuyuram ki, bu ermənilər dayanmır, atəşkəs edirlər, amma yenə dayanmırlar".

"AzerTaym.az" bildirir ki,bu sözləri Yenisabah.az-a Xalq artisti Rasim Balayev deyib. Qeyd edib ki, ermənillər dünyanı inandırmaq istəyirlər ki, guya biz  onların torpaqlarını ələ keçirmişik: "Görün bunlar necə millətdir. Guya biz onların ölkəsinə hücum edirik və bütün dünyaya deyirlər ki, bizim qədim torpaqlarımızı azərbaycanlılar əlimizdən almaq istəyir. Dünyada da təssüflər olsun ki, onların tərəfdaşları çoxdur. Prezidentimiz  dünya KİV-nə nə qədər müsahibələr verir, məlumatlar ötürür, amma bunlar indiyə qədər o qədər işlər görüblər ki, hələ də dünyanın çox ölkəsi elə bilir biz Azərbaycan xalqı günahkarıq. Çox qəribədir…"

Sənətkar vurğulayıb ki, bu bir ayda çox işlər görülüb, amma bu 30 ildə onlar orada nə qədər  işlər görüblər, səngərlər qazıblar. Oranı alsalar da, qazıb töküblər, yaşamaq niyyətləri olmayıb: "Səngərlər qazıblar ki, bizə hücum etsinlər. Belə “qonşu” olmaz! Mən bizi qınayanların hərəsinə belə bir qonşu arzulayıram. Bunlar necə toplumdur, mən anlamıram, necə adamdırlar? Heç adam da deməyə dilim gəlmir. O qədər qudurublar ki, deyirlər Azərbaycan bizim ölkəyə hücum edir. Bunlarda nə sifət  var?! İş o yerə çatıb ki, az qala çıxıb deyələr ki, eradan əvvəl 4-cü əsrdən orada yaşayırıq. Bu millət nə abırsız, həyasızdır. Bizdən sonrakı nəsillər həmişə ayıq olmalıdırlar, onları qətiyyən yaxın buraxmaq olmaz. Onlar xəstə bir millətdir".

Rasim Balayev qələbəyə inamının sonsuz olduğunu bildirib: "Mən inanıram ki, qələbə bizim olacaq. Allah Ordumuza qüvvət, Ali Baş Komandanımıza güc, iradə möhkəmliyi versin. Sentyabrın 27-dən bəri böyük işlər görülüb, amma tam qələbə üçün hələ işlər görülməlidir. Və mən arzu edirəm ki, biz bu işlərin öhdəsindən də ötən bir ayda olduğu kimi uğurla gələk.

Belə kasıb,bədbəxt, zəlil, vətəndaşları acından ölən bir ölkə bu qədər silahı necə alır? Demək ki, silahları onlara verirlər. Elə ruslar özü onları silahlandırır. Onların bazası var və ermənilər oradan nə istəsələr götürürlər. Nisyə, nağd, dünya ermənilərinin yığdığı pullarla və ya kreditlə bu silahları alırlar. Bu qədər şeydən sonra çıxıb deyirlər ki, Qarabağda guya azərbaycanlı əsgərlərlə birgə Türkiyə əsgərləri də vuruşur. Bu, gülünəcək bir şeydir, adı yoxdur.

İndi də  Bərdəni yenidən atəşə tuturlar. Belə düşmən olmur.  Biri var düşmən, biri də var erməni düşmən. Bunlar tamamilə fərqli anlayışlardır. Çünki onlar üzbəüz, cəbhədə döyüşməkdənsə, mülki əhalini qırırlar. Sakit, bağına-bağçasında işləyən kənd sakinlərinə silahı tuşlayırlar. Çox təəssüf ki, belə bir addım atırlar. Bunun da  bir sonu var, elə bir şey olacaq ki, Ermənistandan atılan bu raketlərin nöqtələrini tapıb biz onları vuracağıq.

Qəribə bir oyuna düşmüşük. Bu ermənilər nə qədər alçaq bir millət imiş, söz tapmıram. Millət deməyə də dilim gəlmir. Nə alçaqlıq desən, onlardan çıxır.

30 il bundan əvvəl torpaqlarımızı necə əlimizdən alıblarsa, biz də eləcə geri qaytarmaq istəyirik. Onların kökü kəsilməsə, mümkün deyil. Allah bizim ordumuza güc versin və bu tempdə də davam etsinlər. Nəhayət, biz torpaqlarımız tam azad edək”.






Fikirlər