‘Bunlar serial çəkmirlər ‘xaltura’ edirlər’ - Rasim Balayev

“Mən insanların içində çox oluram və onların bu seriallara baxmadığının şahidi olmuşam”.
‘Bunlar serial çəkmirlər ‘xaltura’ edirlər’ - Rasim Balayev
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycanın xalq artisti,aktyor Rasim Balayev hazırda Azərbaycan televiziyalarında nümayiş olunan yerli serialların tamaşaçı auditoriyası tərəfindən az qəbul edilməsinin səbəblərindən danışarkən belə deyib:

“Mən hazırda çəkilən teleseriallarda çəkilmək istəmirəm. Bir neçə dəfə çəkiləndən sonra gördüm ki, bunlar serial çəkmirlər ‘xaltura’ edirlər. Gedirdim çəkiliş meydançasına və sabahkı mətni istəyirdim. Mənə deyirdilər ki, mətni hələ yazmamışıq gecə yazacağıq. Yəni bu ‘xaltura’dan başqa bir şey deyil. Ona görə də çəkilən seriallar camaatı qaneə etmir. Mən insanların içində çox oluram və onların bu seriallara baxmadığının şahidi olmuşam”.

R.Balayev seriallara dəvət alan aktyorlara və aktrisalara verilən qonararların aşağı səviyyədə olduğunu da deyib:

“Aktyorların və aktrisaların aldıqları qonarar gizli saxlanılsa da, mən sizə bunun çox aşağı olduğunu deyə bilərəm. Onlar da dolanmaq üçün nə təklif gəlsə qəbul edirlər”.

Aktyor eyni zamanda, bütün bu problemlərin bir səbəbini də peşəkar rejissorların olmaması ilə izah edib:

“Bu gün hansısa bir ekran işinin tamaşaçı auditoriyası tərəfindən az qəbul edilməsinin səbəblərinən biri də peşəkar rejissorların olmaması ilə əlqəlidir”.






Fikirlər