Prezident onlara general-mayor rütbəsi verdi
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. "AzerTaym.az" bildirir ki, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: polkovnik Ağamir Əzizxan oğlu Sultanova polkovnik Anar Təvəkkül oğlu Kərimova polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə polkovnik Zaur Sabir oğlu Məmmədova.