Dünyada koronavirusa yoluxanların sayı 660 mindən çox artdı

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 16 milyonu ötüb | www.ARX.az

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 660 mindən çox artıb.

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 660 993 nəfər yeni koronavirusa yoluxub, 11 061 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 89 048 345, ölənlərin isə 1 930 265 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.






Fikirlər