Paşinyanın möhkəmlənməsi Azərbaycanda da Soros “uşaqları”nın dirçəlməsinə gətirib çıxarmaz ki?..

Paşinyanın möhkəmlənməsi Azərbaycanda da Soros “uşaqları”nın dirçəlməsinə gətirib çıxarmaz ki?..

Cümşüd Nuriyev: “Bizdəki Soros “uşaqları” isə hamısı qarmaqdan asılı vəziyyətdədir...”

Artıq Ermənistandakı son parlament seçkilərində Nikol Paşinyanın qələbəsi şəksizdir. Və Azərbaycanın bir çox təhlilçiləri onun  hakimiyyətdə qalmasının bizim üçün sərfəli olduğunu vurğulayırlar.  Onlarla bir çox aspektlərdə razılaşmaq olar.  Ancaq Paşinyanın ölkəmiz və xalqımız üçün əsas bir mənfi  cəhəti var: o, Sorosun “uşağı”dır.  ABŞ dərin dövlətinin “rənqli inqilab”lar  aləti olan Sorosun və onun “Açıq Cəmiyyət” fondunun əsas təhlükəsi onun milli(!) dövlətləri, milli dəyərləri sıradan çıxarmaq missiyasıdır.  Soros üçün milli əxlaq, mənəviyyat ən sonuncu plandadır. Diqqət edirsizsə, 44 günlük savaş zamanı Paşinyana dəstək verən, Azərbaycanın haqq savaşına qarşı arvadsayağı şivən qoparan kimlər, hansı dövlətlər idi? Rəhbərliyi Allahın əzabına uğramış Lut qövmünü xatırladan əxlaqsızlar qövmünə aid olan Fransa, Niderland, Kanada və s...
 
Bir sözlə, 44 günlük savaşda qalib olan Azərbaycan Rusiyanın təsirindən uzaqlaşmaqla ölkədə on illərdir ki, rüşvətxorluğu, korrupsiyanı, mənəviyyatsızlığı, yaltaqlığı, orduda xəyanət, işgəncə agenturalarını qurmuş “5-ci kalon”dan qurtulmağa çalışdığı bir vaxtda Paşinyanın Ermənistanda möhkəmlənməsi  əvvəlki onilliklərdə ölkəmizdə də fəaliyyət göstərməklə dövlətçiliyimiz üçün müəyyən təhlükələr yaratmış Sorosun  səpdiyi toxumların cücərməsinə, onun “uşaq”larının dirçəlib böyüməsinə, hakimiyyətə silikon dodaqlı əzmə-büzmə qadına bənzər “kişi”lərin daha çox dırmanmasına  gətirib çıxarmaz ki?.. 
Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev mövzu ilə bağlı Moderator.az-ın suallarını belə cavablandırıb: 
 
“Bəli, Paşinyanın “Sorosun uşağı” olmasından əvvəl onu da nəzərə almaq lazımdır ki, Rusiyanın  Ermənistanda hərbi bazası, Qarabağda silahlı qüvvələri olsa da, ABŞ-ın da  dünyada ən böyük səfirliyi Ermənistandadır.  Təsəvvür edin ki, cəmi 2 milyona yaxın əhalisi olan Ermənistan səfirliyindəki diplomatların sayı milyardlıq, yüzlərlə milyonluq  əhalisi olan Çin, Hindistan, Rusiya kimi ölkələrdəkindən çoxdur. Sahəsinə görə ən böyük səfirlik İraq paytaxtı Bağdaddadırsa, əməkdaşlarının sayına görə birinci yerdə İrəvandakı səfirlikdir. 2021-ci ilin yanvarına olan məlumata görə, hazırda həmin binada 2500 amerikalı əməkdaş fəaliyyət göstərir. Moskvadakı ABŞ səfirliyində isə vur-tut  450-455 əməkdaş var. Ermənistan kimi kiçik bir ölkədə 2500 nəfərlik səfirlik faktiki olaraq qeyri-leqal bir informasiya bazası deməkdir... Bu da Vaşinqton üçün İrəvanın strateji əhəmiyyətini göstərir. Odur ki, ABŞ, o cümlədən Amerika dərin dövlətinin aləti olan Soros seçkilərdən sonra da  Paşinyanın arxasında var gücü ilə dayanaraq Ermənistandakı mövqelərini verməməyə çalışacaq. Bu, birmənalıdır”.
Politoloq “Soros uşağı” Paşinyanın Ermənistanda möhkəmlənməsinin Azərbaycanda Sorosun 1990-cı illərdən bəri cücərtdiyi “toxumlara”  mümkün təsirindən də danışıb.
 
“Azərbaycana gəldikdə, hətta Ermənistanda Paşinyanın  tam qalib olub möhkəmlənəcəyi halda belə, Bakıdakı Soros “uşaq”larının mövqeyi və imkanları İrəvandakılar kimi güclü deyil. Çünki Azərbaycandakı nümayəndələrini yalnız qrantla maliyyələşdirən  Soros, Ermənistandakı adamlarını birbaşa maliyyələşdirir və onlar birbaşa hakimiyyət daxilində açıq şəkildə fəaliyyət göstərirlər... Bizdəki Soros “uşaqları” isə hamısı qarmaqdan asılı vəziyyətdədir” –deyən Cümşüd Nuriyev Sorosun ölkəmiz üçün ciddi təhlükə olmadığını ifadə edib.
 

 

Sultan Laçın






Fikirlər