Qalib ORDUNUN BAYRAMI - Azərbaycan Silahlı Qüvvələri - 103...

'

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasından 103 il ötür.

 "AzerTaym.az" bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli fərmanı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı.
 

MÖVZU İLƏ BAĞLI:

“İkinci Qarabağ müharibəsi qaçılmaz idi” - İlham Əliyev 


Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib. 

Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla 26 iyun - Silahlı Qüvvələr Günü elan olunub.

Hazırda Azərbaycan döyüş qabiliyyətinə və maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. 

Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edib. Əzəli və tarixi torpağımız olan Qarabağ erməni işğalından azad olunub.






Fikirlər