BU GÜN Şəhid XUDAYARın 33 yaşı TAMAM olur...

Bu gün şəhid Xudayarın 33 yaşı tamam olur

Vətən Müharibəsi şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin bu gün doğum günüdür.

 "AzerTaym.az" bildirir ki, 1988-ci il iyulun 22-də Bərdə şəhərində anadan olan kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub. Şəhid X.Yusifzadə ölümündən sonra "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək "gizir" hərbi rütbəsi alıb.






Fikirlər