“Mədət Quliyevə bir günə minlərlə mesaj gəlib“ - Şəxsən özü cavablandırıbı


Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev bir gündə 200-dən çox mesajı cavablandırıb. 

  AzNews.az xəbər verir ki, bu barərə məlumatı Penitensiar xidmətin mətbuat katibi Yaşar İsakov facebook hesabında yazıb. O, M.Quliyevin artıq Facebookdakı fəaliyyətini dayandırdığını bildirib: 
"Əziz dostlar! Dünən gecə saatlarında Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev şəxsi Facebook səhifəsini bağlayıb. Onun belə bir addım atmasının yeganə səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır. Belə ki, təkcə dünən cənab nazir müavininin "inbox"na bir neçə min (!) mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq Facebook səhifəsini bağlamaq qərarına gəlib". 






Fikirlər