Kapitulyasiyanın bir il sonrakı “əks-sədası” - Ermənistanı kimlər qızışdırıb?

Ermənistandakı revanşist meyllərin artması və sülh anlaşmasından imtina siyasətinə cavab olaraq Bakıdan “gömrük şapalağı”; politoloq: “Moskva Qərbin aktivləşməsi fonunda Ermənistanı məmnun edəcək mövqe dəyişikliyinə gedir”

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanatın imzalanmasının ildönümü gərginliklə müşahidə olunur. Əslində Ermənistanın kapitulyasiya aktına imza atması kimi tarixə düşən 10 noyabr ərəfəsində Ermənistan yenidən təxribatlara əl atması, ümumilikdə regionda vəziyyəti gərginləşdirməyə cəhd edir.

Şuşa ətrafında məlum insident, Kəlbəcərdəki bölmələrimizin atəşə tutulmasının ardınca sərhəddə-Qaragöl ətrafında da vəziyyətin gərginləşməsi barədə rəsmi məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyi məlumatdan bəlli olub ki, Ermənistan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Belə ki, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıblar. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib. Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. “Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır. Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək. Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - Nazirlikdən bildirilib.

Digər tərəfdən, Ermənistan rəhbərliyinin davranışları da təxribatçı hərəkətlərdən xəbər verir. “Gorus-Qafan sahəsində Azərbaycan postlarının qurulmasından qaçmaq olardı. Amma bu, “dəhliz məntiqi” bahasına başa gələrdi”. “Turan”ın xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda hökumətin iclasında bildirib. “Sual yarana bilər: bu yolda Ermənistan Respublikası vətəndaşlarına və yüklərinə sərhəd nəzarətinin olmaması üçün danışıqlar aparmaq olmazdımı? Olardı, ancaq bu, bizə dəhliz məntiqinə başa gələrdi ki, bu da qəbuledilməzdir”, – Paşinyan bildirib. O deyib ki, Ermənistan nəzarət edilməyən hər hansı nəqliyyat dəhlizlərinin öz ərazisindən keçməsini mümkün saymır. Azərbaycan Gorus-Qafan yolunda gömrük nəzarətini tətbiq etmək istədiyindən, Ermənistan yeni yola keçəcək. Bununla yanaşı, Paşinyan belə bir formul işlədib: “Azərbaycan öz ərazisində Eyvazli- Çayzami sahəsində gömrük nəzarətini tətbiq etmək istəyir”. “Odur ki, erməni  tərəfi vətəndaşları Qafan – Ağvani – Tatev yolu ilə göndərmək qərarına gəlib. Bu yol praktik olaraq, tam hazırdır və artıq İranın yük maşınları bu yolla gedir”-, Paşinyan deyib.

Xatırladaq ki, sərhədin delimitasiyası və sülh razılaşmasına hazırlıq haqda sazişlərin imzalanması məqsədilə noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü planlaşdırılmışdı. Amma son anda görüş baş tutmayıb və Paşinyanın bugünkü bəyanatı da göstərir ki, İrəvan Mehridən keçən yolun - Zəngəzur dəhlizi - Laçın dəhlizi ilə eyni statusa malik olmasını istəmir. Rəsmi İrəvanın bundan öncə də əldə edilmiş razılaşmalardan imtina etməsi Laçın dəhlizinin taleyini sual altına qoyaraq digər razılaşmaların da pozulmasına səbəb ola bilər.

Rusiyada üçtərəfli görüşün olacağı barədə xəbərin ardınca görüşün virtual keçiriləcəyi xəbəri yayıldı. Ancaq Ermənistan rəhbərliyinin davranışları prosesin pozulmasına gətirib çıxartdı. Ermənistan müdafiə nazirinin Xankəndiyə gizli səfəri, bundan əlavə, İrəvandan Laçın dəhlizi vasitəsilə Qarabağa müxtəlif səfərlər Ermənistanın islah olunmadığını ortaya qoydu. Bu, həm də sülh sazişinin tezliklə imzalana biləcəyi haqda illüziyaları aradan qaldırdı. Baxmayaraq ki, Rusiya deklorativ olaraq 3+3 formatda əməkdaşlıqda maraqlı olduğunu davamlı şəkildə bəyan edir, amma İrəvanın yürütdüyü siyasət, daha doğrusu, təxribatlarını davam etdirməsi nikbinliyə ümid yeri qoymur. Bəs, nə baş verdi ki, tezliklə Moskvada sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, hətta az qala sülh danışıqlarının yekun mərhələsinin başlanacağı haqda iddialar havada uçuşurkən, yenidən gərginlik yarandı, havadan sülh yox, yenidən barıt qoxusu gəlməyə başladı? Ermənistanı qızışdıranlar hansı dövlətlərdir? Moskvanın bu gərginlikdə marağı ola bilərmi?

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

 Qafar Çaxmaqlı 

İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı Musavat.com-a bildirdi ki, Ermənistanla Azərbaycan arasında hansısa razılaşmanın, yeni bir bəyanatın və yaxud sazişin olacağı fikirləri səslənsə də, hələ Ermənistanın buna hazır olmadığı ifadə edilməkdədir: “Son müsahibəsində Paşinyan yeni bir üçtərəfli görüşün nəzərdə tutulmadığını dedi. Ermənistan çalışır ki, Qarabağla bağlı məsələlərə Qərb, konkret halda Minsk Qrupu müdaxilə etsin. Onların siyasi xətti budur ki, yalnız bundan sonra sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması, Azərbaycanın ərazi bütövlüyü məsələləri müzakirə oluna bilər”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan bu məsələlərin müzakirəsini uzadır və müəyyən mənada vaxt əldə etməyə çalışır: “Belə müzakirələrin olmaması üçün bölgədə gərginliyin mövcudluğu şərtdir və Rusiya da Ermənistanın bu istəyi yönümündə hərəkət edir”. İTC başqanının qənaətincə, bölgədəki gərginlik Rusiya üçün də əlverişlidir: “Bu halda rus sülhməramlıları daha aktiv olurlar. Demək bölgədə süni gərginlik yaratmaq bizim xeyrimizə işləmir. Moskva Qərbin aktivləşməsi fonunda Ermənistanı məmnun edəcək mövqe dəyişikliyinə gedir. Bu da gərginliyin artırılması və guya Ermənistanı Azərbaycanın “aqressiv hərəkətlərindən qorumaq” alqısıdır ki, onu mühasirəyə düşən erməni hərbi birləşmələrini xilas etməsi ilə bir daha nümayiş etdirir”. Q.Çaxmaqlının sözlərinə görə, çıxış yolu budur: “Dəfələrlə qeyd etmişik ki, Ermənistanı masaya gəlməyə məcbur edən faktorlar işə düşməlidir”.

Məhəmməd Əsədullazadə - 907-ci düzəlişə uyğun olaraq sanksiyaları bərpa edəcəyi mümkün ola bilər - En yeni xeber, Son xeber, Azerbaycan xeberleri yeni, Xeberler, Media xeber

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanın hərbi məğlubiyyəti ilə bitən ikinci Qarabağ müharibəsinin bir illiyi ərəfəsində ermənilərin təxribatının arxasında bir neçə amil dayanır: “Birincisi, Ermənistan tərəfi sülh müzakirələrində maraqlı deyil. Buna rəvac verən məhz Rusiyadır. İkinci, sərhədlərin delimitasya və demarkasiyasında Ermənistan öz şərtlərini irəli sürməyə çalışır. İlk növbədə üçtərəfli görüşün təxirə salınması da məhz Nikol Paşinyanın destruktiv siyasətinin nəticəsidir. Düşünürəm ki, rəsmi Moskva bu prosesdə Ermənistanın maraqlarına xidmət edir. Çünki, problemlərin həlli iki ölkə arasında normal münasibətlərin qurulmasına gətirib çıxara bilər. Burada da Rusiya maraqlı deyil. O halda Rusiyanın regionda maraqları zəifləyəcək. Ona görə də böhranın belə şəkildə davam etməsi həm də Minsk Qrupunun həmsədrlərinin maraqlarına cavab verir. Ermənistan müzakirələrdən yayınmaqla Azərbaycanı güzəştə cəlb etdirməyə çalışır. Amma, bu siyasəti də fiaskoya uğrayacaq. Bu böhran Ermənistanın öz əleyhinə yönələcək”.

Bu arada, Azərbaycanın Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində sərhəd-gömrük nəzarət məntəqəsi qurması və gömrük rüsumu tələb etməsi Ermənistanda geniş rezonans doğurub. Ermənistanın baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Azərbaycan tərəfinin sərhəd-gömrük nəzarət məntəqəsi yerləşdirəcəyi haqda daha əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqladığı məlumata münasibət bildirib. Paşinyan hökumətin iclasında bu haqda danışıb və təsdiq edib ki, Azərbaycan Gorus-Qafan yolunun üzərində gömrük nəzarəti tətbiq etmək istəyir, ona görə də Ermənistan vətəndaşları alternativ yoldan istifadə etməli olacaqlar. Onun sözlərinə görə, Azərbaycan tərəfi erməni tərəfini məlumatlandırıb ki, noyabrın 11-i gecə yarısından etibarən onlar Ermənistandan gələn sərnişinlər və yüklər üçün həmin yolda gömrük-pasport nəzarəti tətbiq edəcəklər. Necə ki, avqust ayından etibarən İran yük maşınları üçün bu rejim tətbiq edilir. Erməni KİV-lərinin məlumatına görə, Paşinyan bu ifadəni işlədib: “Azərbaycan yolun öz ərazisindən keçən Eyvazlı-Çayzəmi hissəsində gömrük nəzarəti tətbiq etmək istəyir”. Paşinyan bildirib ki, bununla əlaqədar Ermənistan vətəndaşlarını Qafan-Aqvani-Tatev alternativ yoluna istiqamətləndirmək qərara alınıb. Hansı ki, onillərdir keçilməz vəziyyətdə olan həmin yol artıq təmir olub və praktiki olaraq hazırdır. “Mən həmin yolla getmişəm və deyə bilərəm ki, keyfiyyətli yol tikilib. İndi həmin yolu qoşqulu maşınların keçməsi üçün abadlaşdırmaq lazımdır. Ötən gecə ərzində həmin yolla Qafana yüzdən çox maşın keçib, o cümlədən İran maşınları”, - Paşinyan deyib.

Qeyd edək ki, 11 noyabr, saat 00.00-dan etibarən Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində Azərbaycanın gömrük-sərhəd postu işə başlayıb. virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb. “Bu gün (noyabrın 10-da,-red.) Azərbaycan tərəfi erməni tərəfini məlumatlandırıb ki, saat 00.00-dan etibarən Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirməyə başlayacaqlar, yəni nəzarət-buraxılış məntəqəsi quraşdıracaqlar”,-Qriqoryan deyib. Onun sözlərinə görə, erməni tərəfi də cavab addımları atacaq və gömrük məntəqəsi yerləşdirəcək. Qriqoryan işin artıq başladığını deyib. Və bildirib ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə alternativ Qafan-Tatev yolu artıq hazırdır, bu yolla həm Gorusa, həm Yerevana getmək mümkündür. “Bu isə o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçməsi, həm yükdaşımalar üçün təhlükəsiz alternativ yolu var”, -Qriqoryan deyib.

Qeyd edək ki, Azərbaycan ötən ilin dekabrında Zəngilan-Qubadlı istiqamətində öz dövlət sərhədlərini bərpa edəndən sonra Gorus-Qafan yolunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçmişdi. Lakin Azərbaycan tərəfi alternativ yolun çəkilməsinə qədər Ermənistan vətəndaşlarının həmin yolla maneəsiz, yəni gömrük və sərhəd prosedurlarından keçmədən hərəkətinə imkan yaratmışdı.

Bu ilin avqustundan isə vəziyyət dəyişməyə başladı. Əvvəlcə Azərbaycan tərəfi Qarabağa qanunsuz yükdaşımalarla məşğul olan İran TIR-larına görə Gorus-Qafan yolunun üzərində polis postu yerləşdirdi. Və İran TIR-larından tranzit yükdaşımalarla bağlı qanunvericiliyin tələbi əsasında yol vergisi tutmağa başladı. Nəticədə İran tərəfi Qarabağa Laçın dəhlizindən keçməklə yükdaşımaları dayandırmalı oldu, eyni zamanda Ermənistana yük daşıyan İran TIR-ları o zaman qrunt yol olan Qafan-Tatev yolundan istifadə etməyə başladı.

Azərbaycanın bu qərarı müxtəlif dairələrin diqtəsi ilə vəziyyəti gərginləşdirmək istəyən Ermənistana növbəti şapalaqdır - “gömrük şapalağı. Əgər revanşist meyllərin davamı gələcəksə, o halda şapalağı Dəmir yumruq əvəzləyə bilər, necə ki, dəfələrlə xəbərdarlıq edilib...  /Musavat.com 

 

 
 






Fikirlər