“Əsl müdriklik, uzaqgörənlik, vətənpərvərlik, xalqın, dövlətin xeyrinə qəti qərar vermə qabiliyyət və iradəsi məhz indi bilinəcək...”
3 cümlə ilə bir “quş”...
SSRİ dağılandan bəri, 30 ildən çoxdur ki, Kreml bütün müttəfiq respublikalarda, o cümlədən türk-müsəlman respublikalarında, həmçinin Azərbaycanda arxivləri açılmamış “KQB” və “QRU”-nun korrupsiya şəbəkəsi ilə çuğlaşmış “5-ci kalon”unu gələcək məqsəsləri üçün daim ayaqda saxlamağa çalışıb...
Hələ 1990-cı illərin ortalarından Azərbaycanda kütləvi rüşvətxorluq, korrupsiya “yeniyetmə” kimi ən sürətli və cürətli şəkildə yürüməyə başlayanda yazırdıq və deyirdik ki, Moskvanın məqsədi hakimiyyətdəki adamları və agenturası vasitəsilə əsasən rüşvətxorluq, korrupsiya və məmur, başçı, polis, komandir, məhkəmə özbaşınalığı sayəsində “bu xalq dövlət qura bilməz”, “bu xalq milli(!) ordu qurub döyüşə bilməz”, “bu xalq demokratik seçki keçirə bilməz”, “bu xalq rüşvətsiz yaşaya bilməz” və s. düşüncəsini təlqin edərək sonda ölkəni bərbad duruma qoyub xalqda “SSRİ xiffəti” yaratmaqla onu yenidən imperiyanın ayaqları altına yıxılmağa məcbur etməkdir...
Bu gün türk-müsəlman(!) dövləti Qazaxıstanın nümunəsində on illərdir hakimiyət başındakı rezident, agent, casus və korrupsionerlərdən ibarət “5-ci kalon”un sistematik, planlı işinin sadə qazaxlar üçün acı və faciəvi nəticəsini görürük: xalqın diktaturaya, korrupsiyaya, məmur, polis özbaşınalığına, bahalığa və s. nifrət, etiraz potensialından bəhrələnərək, bunu dövlət və dövlətçiliyə qarşı yönəldərək Rusiya ölkəyə qoşun yeridir və sovet dövründəki kimi birbaşa Kremlə tabe olacaq hakimiyyət qurmağa çalışır...
P.S. Qazaxıstandakı olaylara, sadəcə, baxmaq yox, onlardan təcili və doğru nəticə çıxarmaq gərəkdir. Əsl müdriklik, uzaqgörənlik, vətənpərvərlik, xalqın, dövlətin xeyrinə qəti qərar vermə qabiliyyət və iradəsi məhz indi bilinəcək...
Sultan Laçın
Fikirlər