SON DƏQİQƏ! Putin hücum əmri verdi!.. - Kiyevdə partlayış səsləri...

Putin hücum əmri verdi!..- Kiyevdə partlayış səsləri... - SON DƏQİQƏ

Rusiya prezidenti Vladimir Putin Donbası qorumaq üçün “xüsusi hərbi əməliyyat” keçirmək qərarına gəldiyini bildirib. Müraciət Kiyev vaxtı ilə səhər saat 4:50 radələrində “Rossiya 24” telekanalı tərəfindən yayımlanıb.
 
Moderator.az bu haqda Ukraynanın "Qordon" nəşrinə istinadla məlumat yayıb.
 
"Xüsusi hərbi əməliyyatla bağlı qərar qəbul edilib. Biz Ukraynanın demilitarizasiyasına və denatsifikasiyasına çalışacağıq", - Putin bildirib.
 
O bildirib ki, planlarına “Ukraynanın işğalı daxil deyil”.
 
O, "Kiyev rejimi tərəfindən soyqırımı" ilə bağlı təbliğat klişelərini təkrarlayıb və Rusiya Federasiyasının "mülki əhaliyə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarına qarşı çoxsaylı qanlı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə" çalışacağını bildirib
 
Putinin müraciəti BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirdiyi bir vaxtda yayımlanıb. Buna səbəb Ukraynanın “DXR” və “LPR” qeyri-qanuni silahlı qruplaşmalarının liderləri Denis Puşilin və Leonid Paseçnikin Putinə müraciətləri olub. Onlar Rusiyadan guya Ukraynadan “təcavüzü dəf etməkdə” kömək istəyiblər.
 
Bu dəqiqələrdə bir sıra Ukrayna saytlarının yaydığı məlumata görə,  cümə axşamı, fevralın 24-də səhər tezdən, saat 5:00-dan sonra Kiyev də daxil olmaqla, bir sıra şəhərlərdə partlayış səsləri eşidilib.
 

 

 
 Kramatorskda ən azı dörd partlayışın, Odessada, Xarkovda, Berdyanskda isə güclü partlayışların eşidildiyi, Donbasın terrorçular tərəfindən güclü atəşə tutulması bildirilir.
 
Paytaxt Kiyevdə də partlayış səsləri eşidilir, onları Poznyakov və Troyeşçina sakinləri eşidib. Bu arada, Kiyevin Borispol hava limanı ərazisində partlayışlar və atışmaların olduğu bildirilir.
 
Sultan Laçın






Fikirlər