Səfər Mehdiyev İNFARHT KEÇİRDİ: Xəstəxanaya yerləşdirildi... - Qardaşının da HƏBS xəbəri yayılıb...

İqtisadçıdan komitə rəhbərinə SƏRT REAKSİYA: "Sovet düşüncəsi Səfər Mehdiyevin canından çıxmayıb"

Prezident İlham Əliyev tərəfindən ötən ay vəsizədən alınan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin avqustun 19-da infarkt keçirdiyi bildirilir. PİA.az-a daxil olan məlumata görə o hazırda özünə məxsus olan Uniklinika xəstəxanasında müalicə alır.

Məlumatı dəqiqləşdirmək məqsədi ilə əməkdaşımız Uniklinika xəstəxanasına telefon açsa da, zəngimizə cavab verən olmayıb.

Başqa bir məlumatda isə bildirilir ki, Səfər Mehdiyevin qardaşı Kazım Mehdiyev Naxçıvanda saxlanılıb. Kazım Mehdiyevin hansı səbəbdən saxlanılması ilə bağlı heç bir məlumat yoxdur. Qeyd edilir ki, Kazım Mehdiyev qardaşının Naxçıvandakı bağçılıq biznesini idarə edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...






Fikirlər