Rus ayıları Qarabağa gedir
Sankt-Peterburqun "İmperial" şapito-sirki Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qastrola hazırlaşır.
Bu səfərlə bağlı olaraq Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu şəhərin administrasiyasına etiraz məktubu göndərib.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın adıçəkilən nümayəndələri Sankt-Peterburqda Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mədəniyyəti üzrə Komitəsinin nümayəndəliyi ilə görüşməyi planlaşdırır.
Sankt-Peterburqun "İmperial" şapito-sirki 1877-ci ilin dekabr ayında yaransa da, 2005-ci ildən özəl müəssisə kimi fəaliyyət göstərir və Böyük Sankt-Peterburq dövlət sirki tərkibindəki şapito-sirkinə daxil deyil.
"İmperial" şapito-sirki
"Bundan başqa, "İmperial" şapito-sirki tarixi "şapito" brendini qanunsuz şəkildə mənimsədiyinə görə Böyük Sankt-Peterburq dövlət şapito-sirki tərəfindən məhkəməyə verilib", - deyə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan bildiriblər.
Peterburqlu sirk ustalarının erməni işğalı altında olan Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa noyabrın 6-15 arası qanunsuz qastrol səfərinə hazırlaşdıqları barədə məlumat yayılıb.
Sirk proqramında akrobatlar, eləcə də təlim görmüş heyvanların iştirakı ilə proqraam nümayiş ediləcək. Qastrola hazırlaşan artistlərin məlumatına görə, burada xüsusi əyləncələr nəzərdə tutulmayıb, sadəcə, keçmiş https://az.wikipedia.org/wiki/Sovet_Sosialist_Respublikalar%C4%B1_%C4%B0ttifaq%C4%B1" target="_blank">SSRİ məkanında olan proqram nümayiş olunacaq.
Sirk rəhbəri Adel Roman əslində, vəziyyətdən xəbərdar olduğunu qeyd edib: "Bilirəm ki, Rusiya, Ukrayna və Qazaxıstandan Qarabağa bir neçə məşhur insanlar səfər edib. Həmçinin, bilirəm ki, oranı tərk edənlər sonrada Azərbaycan ərazisinə də buraxılmır. Rusiyada yaşayan sirk artistləri bu qanuna hörmətlə yanaşırlar. Amma hesab edirəm ki, siyasətlə mədəniyyəti qarışdırmaq düzgün deyil", - deyə rəhbər bildirib.
Ümumiyyərlə, Rusiyanın bir sıra tanınmışları Qarabağa qanunsuz səfər edib. 2005-ci ildə rusiyalı populyar müğənni Katya Lel Qarabağda konsert proqramında iştirak etdiyinə görə adı Azərbaycanın “qara siyahı”sına salınıb. O, müsahibəsində konsert üçün, əslində, İrəvana dəvət oldunduğunu, amma aldadılaraq Dağlıq Qarabağa aparıldığını deyib.
Katya Lel - Rusiya müğənnisi
Eyni zamanda xalq artisti Nadejda Babkina, Soso Pavliaşvili, Valentina Leqkostupova, Aleksandr Peskov, İrina Otiyeva Azərbaycan Respublikasının ayrılmaz və tərkib hissəsi olan Xankəndində konsert proqramı ilə çıxış ediblər. Bu hərəkətlərinə görə, Azərbaycanın Mədəniyyət Nazirliyi 6 sentyabr 2004-cü il tarixli əmri ilə adları qeyd olunan sənətçilərin Azərbaycanda çıxışına qadağa qoyub.
Sonradan bu müğənnilər siyasətlə maraqlanmadıqlarını və konfliktdən xəbərsiz olduqlarını dilə gətirdilər. Buna görə də bir sıra mədəniyyət xadimləri, o cümlədən müğənni Katya Lel Azərbaycan hakimiyyətindən üzr istəyib “qara siyahı”dan adını çıxartmağa nail olublar.