Alim Qasımov: "Çoxluq zövqləri korlayır" (VİDEO)

...

 

"Aramızda mübahisələr də olur"

 
 
 
Xalq artisti Alim Qasımov Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
 
 
Sevilən muğam ustası, qızı Fərqanə xanımın konsert öncəsi məşq prossesindən danışıb: "Ata kimi, müəllim kimi, xanəndə kimi məni qane edir. Qalır, xalqın və böyük sənətkarlarımızın fikirləri. Fərqanə xanımla eyni səhnəni bölüşməmə səbəbimiz isə onun qəliz mövzular seçməsidir. Konsert üçün seçdikləri tamamilə yenilikdir. Mən ona qoşula bilməyəcəyəm, çünki mən onlardan heç birini bilmirəm. İstəmirəm ki, o auranı korlayım. Bu dəfə konsertdə Fərqanənin öz fikri, öz halı, öz üslubu, öz zəhməti olacaq. Fərqanə xanımla aramızda mübahisələr də olur. İndi konsert qabağı çox könlünə dəymək istəmirəm sadəcə. Qızım estafeti məndən götürsə, mən də rahat olaram".
 
 
 
Sənətçi, son zamanlar muğama artan maraq haqda da fikirlərini bildirib: "Zər qədrini zərgər bilər, deyiblər. Sənətin qədrini bilən də 10 faiz olar uzağı. Qalanları özlərinə uyğun sənətə maraq göstərirlər, dünyada da belədir bu. Amma bəzən çoxluq zövqləri korlayır".   
 
 

 

 






Fikirlər