TƏCİLİ! Rusiya Qərb şəhərlərini vura bilər - NATO-ya ŞOK XƏBƏRDARLIQ!
Putinin “yeni ordusu” üzə çıxıb. Musavat.com bu barədə "Daily Mail"ə istinadən xəbər verir. Məlum olub ki, cəbhədə böyük itkilər verən Rusiya yeni ordu formalaşdırıb. Paytaxt Moskvadan 200 kilometr kənarda yerləşən Tulada çəkilən görüntülərdə yeni əsgərlərin döyüş üçün təlim keçməsi əks olunub. Yerli KİV-in məlumatına görə, onlar 106-cı hava-desant diviziyasında məşq edir. Bu görüntülərin yayıldığı bir vaxtda Rusiyadan NATO-ya təhdid kimi xəbərdarlıq gəlib. Moskva qırmızı xəttin keçiləcəyi təqdirdə vurulacaq hədəfləri açıqlayıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev alyansın Ukraynaya "Patriot" raket batareyaları tədarük edəcəyi təqdirdə NATO-nun Rusiya ordusunun hədəfinə çevriləcəyini bəyan edib. “Əgər NATO Kiyevdəki fanatiklərə şəxsi heyət və “Patriot” sistemi göndərsə, onlar dərhal silahlı qüvvələrimizin hədəfinə çevriləcək”, - Mevvedev bildirib. Bir müddət əvvəl İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Moskvanın bu təhdidlərə qarşı tədbir görməli olacağını bildirən Medvedev Rusiyanın bölgəyə İsgəndər raketləri, hipersəs silahları və nüvə bombaları ilə gəmilər göndərə biləcəyinə işarə edib: “İsveç və Finlandiyanın NATO üzvü olacağı halda Baltikyanı regionun nüvəsiz statusundan danışmaq mümkün deyil”. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, həmçinin xəbərdarlıq edib ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərlərə hücum edəcək.