Naxçıvanda yeni həbslər: Bu dəfə Komitə sədri...

Naxçıvanda yeni həbslər: Bu dəfə Komitə sədri...

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü Həsən Əhmədovu və Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovu qandallayıb Bakıya gətiriblər. 

Hər iki şəxs hazırda DTX-da sorğu altındadır.

Saxlanılanlardan Hicran Rüstəmov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə ittiham olunurlar.

 

Digər bir məlumata görə, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də göz altına alınıb. /Ovqat.com 






Fikirlər