Jirinovski AST Telmanı tənqid etdi

Jirinovski AST Telmanı tənqid etdi

 

 

 
Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski yeni təşəbbüs irəli sürüb: O, ölkə xaricinə pul çıxarılmasının məhdudlaşdırılmasını istəyir.
AzVision.az xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda bildirilir. 
Jirinovski nümunə kimi “Çekizov” bazarının sabiq sahibinin öz əsas aktivini – Türkiyədə “Mardan Palace”-ı otelini satmasını göstərib. 
“Bu yaxınlarda Türkiyədə ölkənin ən bahalı oteli olan “Mardan Palace”-ın yarı qiymətə satılmasına dair xəbər yayılıb. Bu otel hazırda müflis olan sabiq “Çerkizov” bazarının rəhbəri Telman İsmayılova məxsus olub. 
Yəni o, Moskvada qazandığı pulları, Rusiyadan çıxardıb, müflis olub və dəyərsiz qiymətə öz aktivlərini türklərə satmağa məcbur olub. Faktiki olaraq biz bütün bu milyon dollarları qonşu ölkəyə hədiyyə etdik”, - deyə Jirinovski bildirib. 
Belə halların təkrarlanmaması üçün LDPR lideri ölkə xaricinə pul çıxarılmasının qadağan edilməsini, ciddi valyuta nəzarətinin tətbiq edilməsi və pulları yalnız konkret müqavilələrə xərcləməyə izn verilməsini təklif edib.

 






Fikirlər