General Elçin Quliyev Qazaxıstana getdi - MDB komandanlarıyla görüşəcək

 

elcinquliyev.jpg

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edib.

Strateq.az bildirir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat verib.

E. Quliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak edəcək .

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 12-dək davam edəcək.(Azərtaym.az)






Fikirlər