AZƏRBAYCANIN İRANDAKI SƏFİRLİYİNƏ HÜCUM OLDU - Terror aktının görüntüləri yayıldı + VİDEO (18+) (Yenilənib)

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə təşkil olunmuş silahlı hücumun görüntüləri yayılıb. 

Səfirliyin təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri təqdim edirik:

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!

***

Azərbaycanın İrandakı səfirliyinə hücum olub. Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.

Ad - 00:12

 

Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.

Hadisə nəticəsində bir nəfər yaralanıb.

Əsəbi zəif olanların videoya baxması tövsiyə olunmur.

 

 

 

 

 

 






Fikirlər