Rusiya Bakıya “yox” dedi
Şimal qonşumuz II Avropa Oyunlarınına ev sahibliyindən imtina etdi. Məsələ ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət etdik. Lakin nazirlik rəsmisi bu barədə yayılan informasiya ilə bağlı yaxın vaxtarda açıqlama veriləcəyini deməklə kifayətləndi. Maraqlıdır, əgər heç bir ölkə Avropa Oyunlarını keçirməyə razılıq verməsə, Bakıda keçirilən bu oyunlar ilk və son kimi tarixə düşə bilərmi? Hər halda hələ qarşıda 4 il var və bu sualın cavabını tapmağa da zaman özü kömək edəcək.
Rusiya Avropa oyunlarını keçirməkdən imtina edib. Ans press-in məlumatına görə, bunu Rusiyanın idman naziri Vitali Mutko deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Avropa oyunlarının Moskvada keçirməsi ilə bağlı Rusiyaya müraciət etsə də, müsbət cavab almayıb.
“Bakı bizdən Avropa Oyunlarınını keçirməyi xahiş edib, çünki başqa heç bir ölkə buna razı olmur. Lakin biz də imtina etdik”, – deyə nazir jurnalistlərə açıqlamasında bildirib.
Vitali Mutko – Rusiya Federsiyasının idman naziri
İlk Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçirilib. Oyunlardan bir neçə ay keçsə də, hələlik ikinci dəfə bu yarışın hansı ölkədə olacağı bəlli deyil. 2019-cu ildə İkinci Avropa Oyunlarının keçirilməsi üçün ilk olaraq, Niderland ərizə ilə müraciət etsə də, daha sonra ev sahibliyi etməkdən imtina edib.
Hollandiya hökuməti Oyunları bir şəhərdə keçirmək əvəzinə, müxtəlif şəhər bələdiyyələrinə təkliflərlə müraciət edib. Məlumatlara görə, bəzi bələdiyyələr maliyyə çətinliyi səbəbindən bu təklifə “yox” deməli olublar.
Oyunun təşkilatçıları daha öncə maraqlarını ifadə etmiş beş ölkəyə müraciət edəcəklərini bildiriblər. Təşkilatçılar ümid edirlər ki, həmin ölkələr fikirlərini dəyişməyib və onlardan hansısa Oyunların ölkəsində keçirilməsinə razı olacaq.
Bakıdakı möhtəşəm yarışlar, açılış və bağlanış mərasimindən sonra bu oyunlara ən yaxın qonşumuz olan Türkiyədə maraq göstərdi. Belə ki, Türkiyə Milli Olimpiya Komitəsinin sədr müavini Hasan Arat bəyan etdi ki, 2019-cu ildə Türkiyə Avropa Oyunlarına ev sahibliyi edə bilər. Onun fikrincə, əgər Türkiyə II Avropa Oyunlarına namizəd olarsa Avropa Olimpiya Komitəsi buna müsbət baxa bilər.
“Türkiyədə olarsa ancaq İstanbul deyil, Mersin və Antaliyada da hazır qurğularımız var. Türkiyə istərsə Avropa oyunlarını ən aşağı vəsaitlə keçirə bilər. Burada qərar verən siyasilərdir. Əslində Türkiyənin əsas istədiyi Olimpiya oyunlarıdır. Amma düşünürəm ki, Türkiyə olimpiya oyunları üçün bir müddət dincəlib, simasını köhnəltməməlidir”.
Maraqlısı odur ki, I Avropa Oyunlarına xərclənən vəsaitlə bağlı müxtəlif fikirlər səsləndirildi. Lakin bu vaxta kimi idman yarışlarına çəkilən xərclə bağlı dəqiq məlumat açıqlanmyıb.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov ciddi müzakirə edilən bu məsələ ilə bağlı bir neçə dəfə açıqlama verib. Lakin səslənən rəqəmlərin fərqliliyi diqqətdən qaçmayıb.
Nazir 11 iyundakı mətbuat konfransında açıqlamasında ancaq dünyanı heyrana salanmöhtəşəm açılış mərasiminə sərf edilən xərcin 100 milyon manatı ötdüyünü deyib. 29 iyunda isə o açılış və bağlanış mərasimi üçün ümumilikdə büdcədə 100 milyon manat nəzərdə tutulduğunu qeyd etmişdi.
Bakı-2015-in açılış mərasimindən görüntü
Açılış mərasimi