“FSB” Priqojini dəstəkləyir: Putindən nə tələb edirlər?.. -Bloomberg

“FSB” Priqojini dəstəkləyir: Putindən nə tələb edirlər?.. -Bloomberg

Rusiya xüsusi xidmət orqanında “müharibə şahinləri” adlanan şəxslər “Vaqner” liderinin Gerasimov və Şoyquya münasibətdə tələbləri ilə razılaşırlar...
 
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin(FTX-"FSB") bəzi nümayəndələri Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunun işdən çıxarılmasının tərəfdarıdırlar.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Bloomberg məlumat yayıb.
 
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, “FSB”-də “müharibə qırğıları” adlanan, hərbi əməliyyatların daha sərt aparılmasının bəzi tərəfdarları ölkə ordusu rəhbərliyinin dəyişdirilməsində israrlı olan "Vaqner" rəhbəri Yevgeni Priqojinin tələblərini dəstəkləyiblər.  Ümumiyyətlə, Rusiya xüsusi xidmət orqanlarındakı “müharibə şahinləri” hərbi vəziyyət və genişmiqyaslı səfərbərlik elan etməklə Ukraynada daha aqressiv döyüşlərə başlamağı təklif edirlər. 
 
Üsyandan sonra "Vaqner" rəhbərliyi dindirildi və rəsmi araşdırma aparılmadan ev dustaqlığında olduğu iddia edilən Priqojinə yaxın olan general-polkovnik Sergey Surovikin ictimai meydandan yoxa çıxdı. Surovikinin müavini, Aerokosmik Qüvvələrin baş komandanının müavini, general-polkovnik Andrey Yudin xidmətdən uzaqlaşdırılıb.
 
Kremlin müharibə üsullarının digər tənqidçisi, rusiyalı terrorçu və qondarma Donetsk Xalq Respublikas  silahlılarının lideri İqor Girkin (Strelkov) iyul ayında açıq şəkildə ekstremizmə çağırış ittihamı ilə həbs edilib.
 
Öz növbəsində, Kreml rejimin təhdidlərinə daha sərt cavab vermək üçün addımlar atıb. Dövlət Duması qanuni olaraq qubernatorlara prezidentin icazəsi ilə “qeyri-qanuni silahlı birləşmələrlə mübarizə aparmaq üçün” öz hərbi şirkətlərini yaratmaq hüququ verib. Rusiya parlamentinin aşağı palatası Milli Qvardiyanı ağır silahlarla təmin edən qanun layihəsini də təsdiqləyib.
 
S.Laçın






Fikirlər