"ŞOYQU VƏ GERASİMOV İSTEFAYA GÖNDƏRİLİR" - "FSB artıq Şoyqunu saxlayıb..."
Belarus prezidenti Aleksandr Lukaşenkonun üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojinlə danışıqlarının təfərrüatı məlum olub. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Lukaşenkonun planına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov istefaya göndərilməlidirlər. Lakin məlumat rəsmi olaraq hələ ki, təsdiq edilməyib. Priqojinə məxsus olduğu deyilən teleqram kanalı isə iddia edir ki, Şoyqu artıq FSB tərəfindən saxlanılıb. Açıqlamada deyilir: "Şoyqu və Gerasimov hərbi tribunal tərəfindən cəzalandırılacaq. Şərtlərim yerinə yetirilməyə başlandı, Şoyqu artıq FSB tərəfindən saxlanılıb. Gözləyək!!!” "AzPolitika"