“YENİ SƏFƏRBƏRLİYƏ HAZIR OLUN!” – “Çox ciddi itkilərimiz var, Putini aldadırlar”

Hərbi rəsmilər Rusiya Prezidenti Vladimir Putinin qarşısına yalandan ibarət sənədlər qoyurlar.

“AzPolitika.info” xəbər verir ki, bunu “Vaqner” hərbi birləşməsinin qurucusu Yevgeni Priqojin Rusiya mətbuatına müsahibəsində deyib.

O, Vladimir Putinin Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən aldadıldığını iddia edib: “Böyük problemlər var. Şoyqu və Gerasimovun yanaşması sadədir: Onlar dəhşətli yalanlar uydururlar ki, insanlar buna inansınlar. Onların etdikləri budur”.

Priqojin həmçinin, Rusiyanın yeni səfərbərliyə ehtiyacı olduğunu deyib: “Ölənlər və yaralananlar da daxil olmaqla çox ciddi itkilər var. Qoşunlarda əsgərlərin sayı azalıb. Əvvəllər bir bölmədə 100 əsgər var idisə, indi bu say 60-a yaxındır. Şəxsi heyətin sayı az olduğundan, daha çox itki olur. Ona görə də insanlar yeni səfərbərliyə hazır olmalıdırlar”.






Fikirlər