21.05.2014. - Nazir Şoyqu ilə görüşəcək

21.05.2014. - Nazir Şoyqu ilə görüşəcəkAzərbaycan Respublikasının Müdafiə naziri Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvətilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.

Səfər zamanı Müdafiə naziri general-polkovnik Z.Həsənovun Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı S.Şoyqu və İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.






Fikirlər