ƏRDOĞAN - "İsrail dövlət kimi deyil, təşkilat kimi davranır"

"Qəzzada baş verənlər, müharibənin rüsvayçı üsullarla aparılması savaş deyil, qətliamdır..."
 
"Regionda möhkəm sülh  və sakitlik yalnız BMT qətnamələrinə uyğun olaraq 1967-ci ilin sərhədləri daxilində paytaxtı Qüds olmaqla bütün dünyanın tanıyacağı Fələstin dövlətinin yaradılması ilə bərqərar olacaq..."
 
"ABŞ nə etmək niyyətindədir? Qəzzaya zərbə vurmağa hazırlaşır?.."
 
"Biz İsraildə dinc sakinlərin qətlinin əleyhinəyik. Buna uyğun olaraq biz heç bir halda Qəzza bölgəsində amansız bombardmanlar nəticəsində dinc sakinlərin kütləvi qətlini də qəbul etmirik".
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının üzvləri qarşısında çıxışı zamanı bəyan edib.
 
"Siz suyu, elektriki, həmçinin şəhərə çıxışı kəsirsinizsə və onun infrasrukturunu, məscidləri, kilsələri və məktəbləri dağıdırsınızsa, əgər siz sakinlərə humanitar yardım göstərilməsinə maneçilik törədirsinizsə, dinc sakinlərlə dolu binaları dağıdırsınzsa, münaqişə bütün rüsvayçı üsullarlarla aparılırsa, bu, savaş deyil, qətliamdır", - o, əlavə edib.
 
"Biz dinc sakinlərin qətlinə qarşıyıq. Lakin biz həmçinin Qəzzada bombardmanlar nəticəsində köməksiz, günahsız insanların kütləvi qətlinə də qarşıyıq. İsrail təşkilat kimi deyil, dövlət kimi davranmalıdır, əks halda özünün beynəlxalq nüfuzunu aşağı salacaq", - Ərdoğan vurğulayıb.
 
"Qəzzaya assimetrik və mənəviyyatsız hücumlar İsraili beynəlxalq birlikdə arzuolunmaz vəziyyətə salacaq.
 
Dinc sakinlərin yaşadığı rayonların bombalanması, onların qəsdən qətlə yetirilməsi, humanitar yardım daşıyan maşınlara maneələr yaradılması, bütün bunların nailiyyət kimi təqdim edilməsi dövlətin deyil, təşkilatın refleksləridir.
 
Əgər İsrail dövlət kimi deyil, təşkilat kimi davranacaqsa, ona təşkilat kimi də münasibət sərgilənəcək", - o, vurğulayıb.
 
Türkiyə prezidenti 1947-ci ildən Fələstin ərazilərində vəziyyətin inkişafına dair xəritələri təqdim edib. "Bu xəritədə 1947-ci ildəki Fələstin və İsraildir. Görün, 1967-ci ilin İsraili necə görsənir? Baxın, bu gün Fələstin və İsrail hansı vəziyyətdədir?", - o, izah edib.
 
"Regionda möhkəm sülh və sakitlik yalnız coğrafi cəhətdən vahid, BMT qətnamələrinə uyğun olaraq, 1967-ci ilin sərhədləri daxilində, paytaxtı Qüds olmaqla və bütün dünyanın tanıyacağı Fələstin dövlətinin yaradılması ilə bərqərar olacaq", - o, deyib.
 
"Yalnız bu yolla İsrail dövlət kimi mövcud ola bilər və öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilər. Əks halda son insidentlər bitməyəcək və daha ciddi faciələr baş verəcək", - Ərdoğan xəbərdarlıq edib.
 
Bu, Ərdoğanın İsraildə son hadisələrlə bağlı ilk bəyanatı deyil. Avstriya kansleri ilə görüşündən sonra o, qeyd edib: "Amerikanın aviadaşıyıcısı İsrailə niyə gəlir? Hərbi yardım ABŞ-ın nəyinə gərəkdir? Onlar nə etmək niyyətindədir? Onlar öz hərbi təyyarələri ilə Qəzzaya zərbə vurmağa hazırlaşır?"
 
"Təəssüf ki, hazırda bütün terrorçu təşkilatlar ABŞ-da hazırlıq keçir. Bu təşkilatların köməyilə həm Suriyada, həm də Yaxın Şərqdə onlar bütün regionu qan çanağına çevirir! Gəlin, bunları aydınlaşdıraq", - o, deyib və dolayısı ilə Suriya kürdlərini nəzərdə tutub.
 
Türkiyə prezidenti onların Şərqi Aralıq dənizində "Gerald Ford", aviadaşıyıcının yerləşdirilməsi fonunda mövcudluğu məsələsinə təkid edib.
 
"Bu gün ABŞ-ın Suriyada 20-dən çox bazası var. Amerika bazalarının Suriyada nə işi var? Bu bazalarda nə ilə məşğuldur? 23 baza var. Bəyəm bütün bunlar öyrənilməməlidir? ABŞ bizim özümüzün pilotsuz uçuş aparatımızı vurur, bəyəm biz müttəfiqlər deyilik? Biz tərəfdaşıqsa, bizə heç də xoş deyil!", - Türkiyə prezidenti davam edib.
 
2018-ci ildə Ərdoğan ABŞ və İsrailə artıq cihad elan edib. Bu, Qəzza bölgəsində 14 may 2018-ci ildə baş verən hadisələr nəticəsində 61 nəfərin həlak olduğu, bir neçə min nəfərin yaralandığından sonra baş verib.
 
O zaman Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitini çağırıb və BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təklif edib. KİV-lərdəki çıxışlarında o, İsraili terrorçu dövlət, onun fələstinlilərə münasibətdə hərəkətlərini soyqırım adlandırıb.
 
Buna baxmayaraq, qısa müddətdən sonra ölkələr arasında münasubətləri yoluna qoymaq və sonradan inkişaf etdirmək mümkün olub.






Fikirlər