Əhməd Vəliyevlə bağlı nə baş verir? - Biznesinin çökdüyü deyilir

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyev qara zolağa düşüb.
Məlumata görə rektora məxsus "Muğan Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) bağlanandan sonra sahibi olduğu "Oksigen" klinikası məhkəməyə cəlb edilib. 
İddiaçı Şərifova Şəbnəm Kamal qızıdır. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Şəbnəm Şərifovanın iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. 
"Oksigen" klinikasının qanuni təmsilçisi Həsənov Füzuli Abbas oğludur. O, eyni zamanda Əhməd Vəliyevin köməkçisidir. Bu fakt klinikanın rektora məxsus olduğu barədə iddiaların əsassız olmadığını göstərir. 
"Oksigen" klinikasından əvvəl isə Əhməd Vəliyevin təsisçisi olduğu BSB Tam Orta İnnovasiyalar Məktəbi məhkəməyə verilmişdi. 
İddialara görə, bütün bunlar təsadüfi deyil. Hansısa səbəbdən Əhməd Vəliyevin biznes imperiyası çökməyə başlayıb. 
Hələ "Muğan Bank" ASC-nin səhmdarları dəyişəndə rektorun biznesində ciddi problemlərin ortaya çıxması barədə mülahizələr səsləndirilirdi. 
Məlumat üçün deyək ki, "Muğan Bank"ın səhmdarları bankın lisenziyası ləğv edilməmişdən az öncə dəyişmişdi. Əhməd Vəliyev oğlanları Samir və Munir Vəliyevləri bankın əsas səhmdarlarına çevirmişdi. Bundan az sonra Mərkəzi Bank "Muğan Bank"ın lisenziyası ləğv etdi. 
Hazırda "Muğan Bank"la Mərkəzi Bank arasında məhkəmə çəkişməsi gedir. Məlumatlara görə, məhkəmə bankın lisenziyasının ləğv edilməsi ilə bağlıdır.
Bəzi iddialara görə, Əhməd Vəliyevin nəzarətində olan digər biznes subyektlərini də oxşar aqibət gözləyir. Hətta "Odlar Yurdu" Universitetinin fəaliyyətini dayandıracağı barədə iddialar var. Bu iddia universitetin akkreditasiya müddətinin bitməsi və yenidən akkreditasiyadan keçməməsi ilə əsaslandırılır. Qaynarinfo






Fikirlər