Klinton Bayden kampaniyasına dəstək verir

Demokratlar Partiyası keçmiş prezidentliyə namizəd və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu hazırkı prezident Co Baydenin gələn il yenidən seçkilərdə qalib gəlməsinə kömək etmək üçün "gücləndirici" kimi cəlb edir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Kanal NBC-nin məlumatlarına istinad edir ki, keçən ay Hillari Klinton Bayden üçün Korktaundakı malikanəsində ianə aksiyası keçirib və bu aksiyadan təqribən 1 milyon dollar toplanıb. Mətndən belə çıxır ki, Klintonun qadınlar və Demokratlar Partiyasının əsas üzvləri arasında populyarlığı hazırkı prezident üçün "sərvət" hesab olunur. Bununla prezident seçicilər arasında populyarlığını genişləndirməyə çalışır.
Materialda qeyd olunur ki, 2024-cü il prezident seçkiləri yaxınlaşdıqca Baydeni yenidən seçmək səylərində Klintonun rolu artacaq.
Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezidentliyə namizəd Donald Trampın tərəfdarlarını dindarlarla müqayisə edib.
"Təəssüf ki, bu ekstremistlərin çoxu, MAGA ekstremistləri (Tramp's Make America Again hərəkatı - "Gəlin Amerikanı yenidən möhtəşəm edək"-red.) heç bir etibarı olmayan Donald Trampın əmrlərinə tabedir", deyə Klinton bildirib.






Fikirlər