Zalujnı istefa verdi, Zelenski yerinə onu təyin etdi

Ukrayna prezidenti Vladimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı təyin edib.

“Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin etdim”, - deyə Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

Sırski indiyə qədər Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib. Bundan az əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, o, Ali Baş Komandan Vladimir Zelenski ilə görüşüb və onlar arasında “vacib və ciddi söhbət” olub. 

20210423104934-5497jpg-1679903488.jpg (74 KB)

Aleksandr Sırski

Onun sözlərinə görə, yanaşma və strategiyaların dəyişdirilməsinin zəruri olduğu qərara alınıb: "Böyük Müharibənin ilk ən çətin günlərində mənfur və güclü düşmənə qarşı durmuşuq. Biz bir yerdə olmuşuq. Döyüşümüz davam edir və hər gün dəyişir. 2022-ci ilin vəzifəsi 2024-cü ilin vəzifələrindən fərqlidir. Ona görə də hamı dəyişməlidir və yeni reallıqlara uyğunlaşa bilərik. Biz də birlikdə qalib gələ bilərik.Yanımda olan hər kəsə təşəkkür edirəm:Baş Qərargahın komandası, Müdafiə Nazirliyi, Ukrayna Prezidenti. Mən Ukrayna Silahlı Qüvvələrində övladlarımızın gələcəyini qoruyan hər kəslə fəxr edirəm. Bütün əsgərlər,çavuşlar və zabitlərin, Ukrayna və azadlıq uğrunda canından keçən hər kəsin qarşısında baş əyirəm. Biz xatırlayırıq və hər kəsin qisasını alacağıq.Ukraynalılar mütləq qalib gələcəklər”.

Ukrayna prezidenti 2 il ölkəni müdafiə etdiyinə görə Ali Baş Komandana təşəkkür edib və bildirib ki, Zalujnı ilə Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə edib: "Biz Ukrayna Silahlı Qüvvələrinin hansı yeniliyə ehtiyacı olduğunu müzakirə etdik. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini də müzakirə etdik. Belə bir yeniləmənin vaxtıdır. Mən təklif etdim ki, Valeri Fedoroviç hərbi xidmətdə qalmağa davam etsin”.

 

 






Fikirlər