Ərdoğan UEFA-nın Demiralı cəzalandırması barədə: "Fransızların formasında xoruz var" deyirlərmi?"

Ərdoğan UEFA-nın Demiralı cəzalandırması barədə: "Fransızların formasında xoruz var" deyirlərmi?"

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın Türkiyə milli komandasının müdafiəçisi Merih Demiralı cəzalandırmasına münasibət bildirib.

Bu barədə o, Qazaxıstandan ŞƏT sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Kimsə "almanların formalarında qartal var" deyirmi? Kimsə "fransızların formasında xoruz var", "niyə xoruzlanırsan?" deyirmi? Orada Merih həyəcanını bu görüntü ilə göstərdi. Bunun üzərinə də Xarici İşlər Nazirliyimiz bunların səlahiyyətlilərini çağırdılar, lazımi addımlar da buna görə atılır. İnşallah əsas məsələ şənbə günüdür. Biz meydandan qələbə ilə ayrılaraq növbəti tura çıxaq. Fövqəladə bir vəziyyət olmazsa, oyuna getmək qərarı verdik".

Xatırladaq ki, futbolçu Avro-2024-ün 1/8 final mərhələsində Avstriya milli komandası ilə oyunda (2:1) "bozqurd" hərəkəti etdiyinə görə iki oyunluq diskvalifikasiya edilib.

Yeri gəlmişkən, Türkiyə milli komandası 1/4 final mərhələsində Niderland milli komandası ilə qarşılaşacaq. Görüş sabah, 6 iyulda keçiriləcək.






Fikirlər