AMEA-da yeni təyinat - Akademiyanın müxbir üzvü direktor oldu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyinatı olub. İnstitutdan verilən məlumata görə, bu vəzifəyə AMEA-nın müxbir üzvü, eyni zamanda, bir müddət institutun direktor vəzifəsini icra etmiş Möhsün Nağısoylu gətirilib. Xatırladaq ki, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev noyabrın 27-də mənzilində dəm qazından boğularaq dünyasını dəyişib. Azərtaym.az