“Nutella”nın yaradıcısı vəfat etdi ...
İtaliyalı kimyaçı və “Nutella” şokoladının yaradıcısı Françesko Rivella 97 yaşında vəfat edib. "AzerTaym.az"-ın Valyuta.az-a istinadən verdiyi məlumata görə, Françesko Rivella 2015-ci il fevralın 14-də vəfat edən müdiri Mişel Ferreronun ölümündən düz 10 il sonra, həmin tarixdə vəfat edib. Rivella 1952-ci ildə “Ferrero”da işləməyə başlayıb. Sonradan o, şirkətin rəhbəri Mişel Ferreronun sağ əli olub. Nəşr yazır ki, “Nutella” şokoladının yaradıcısı məhz Rivella olub.