UKRAYNADAN TRAMPA MARAQLI MESAJ - Səfirlik Ərdoğanın bu fotosunu paylaşdı + FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə yaşanan məlum gərginliyin ardından Ukraynanın Ankara səfirliyi diqqətçəkən bir paylaşım edib. "AzPolitika" xəbər verir ki, səfirlik rəsmi səhifəsindən Ərdoğan və Zelenskinin fotosunu paylaşıb. Paylaşımla bağlı heç bir açıqlama qeyd olunmayıb. Bir çox sosial şəbəkə istifadəçisi bu yaxınlarda Ankaraya səfər edən Volodimir Zelenskinin Türkiyədə çox hörmətlə qarşılandığını, Ərdoğanla görüşün müsbət tonda keçdiyini xatırladıb, bunun əksinə Donald Trampın həmkarına hörmətsizlik etdiyini bildiriblər. Sözügedən paylaşım qısa zamanda sosial şəbəkələrin həm Türkiyə, həm də Ukrayna seqmentində böyük marağa səbəb olub.