Eldar MAHMUDOV məmurları bu hotellərlə şantaj edib – Vidadi ZEYNALOVUN əxlaqsızlıq yuvaları
Əxlaqsızlıq yuvalarının sayının kəskin şəkildə artması öz növbəsində bir sıra fəsadlara gətirib çıxarıb. Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, qadın ticarətinin məskəninə çevrilən obyektlərin fəaliyyətinə birdəfəlik son qoyulmur. Əksinə polisin bu cür çirkab yuvalarına qarşı mübarizəsi gücləndikcə, qadın ticarəti ilə məşğul olan şəxslər daha da fəallaşırlar. Sanki görülən işlər onlara aid deyil. Müşahidə etmisinizsə, son üç il ərzində Bakıda hotel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı xeyli artıb. Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür. Bu gün paytaxtda yerləşən hotel, sauna və ailəvi istirahət mərkəzlərinin yetərli hissəsi əxlaqsızlıq yuvasına çevrilib. Belə ki, müxtəlif şəxslər yüngül həyat tərzi keçirən xanımları əxlaqsızlıq yuvalarına aparıb intim əlaqəyə girirlər. Nəticədə əxlaqsız qızların sayı durmadan çoxalır. Qəzetimizin əvvəlki saylarında dəfələrlə bu məsələyə toxunub aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarını qadın alverçilərinə qarşı diqqətli olmağa çağırmışıq. Əfsus ki, hələlik bu sahədə nəzərəçarpacaq irəliləyiş yoxdur. Paytaxtın ən məşhur əxlaqsızlıq yuvalarından biri də Nizami rayonu ərazisində yerləşən “Emerald” hoteldir. Bizdə olan məlumatlara görə, Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziya əsasında fəaliyyət göstərən hotel qədim peşə sahiblərinin oylağına çevrilib. Qaynağımızın iddiasına görə, bir neçə müddət öncə istifadəyə verilən və 5 mərtəbədən ibarət olan hoteldə ən ucuz otağın qiyməti 70-90 manatdan başlayır. Mənbənin sözlərinə inansaq, hoteldəki otaqların hər biri yüksək şəraitlə təmin edilib: “Hotelin müştərilərinin çoxunu imkanlı şəxslər təşkil edir. Onların arasında müxtəlif vəzifələrdə çalışan insanlar da var. Müştərilərin əksəriyyəti hotelin birinci mərtəbəsində yerləşən restoranda yeyib-içib daha sonra otaqlara keçirlər. Otaqların qiyməti isə müxtəlifdir. “Emerald” hoteldə sadə otağın bir gecəlik qiyməti 70 manatdır. Hər cür şəraitlə təmin olunan VİP otaqların qiyməti isə 120 manatdan başlayır. Bahalıq üzündən maddi durumu aşağı olan şəxslər hotelə gələ bilmir. Həftənin hər günü fasiləsiz fəaliyyət göstərən hotel əməlli-başlı əxlaqsızlıq yuvasına çevrilib. Bura gələn cavan oğlan və azyaşlı qızların məqsədi məlumdur. Onlar hoteldə bir neçə saat ərzində əylənirlər”. Əxlaqsız əməllərin intensiv xarakter aldığı fahişəxanalardan biri də Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Clear” hoteldir. Əldə etdiyimiz məlumatda deyilir ki, “Emerald” kimi “Clear” hoteli də Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir: “Dörd mərtəbədən ibarət olan hotelin bütün otaqları mərkəzi istilik sistemi, kabel televiziyası, internet və digər sistemlərlə təchiz edilib. Müştərilərin rahatlığını nəzərə alan hotel rəhbərliyi onların əyləncəli intim həyat yaşamasından ötrü lazımi şərait yaradıb. Hoteldə təmizlik ideal vəziyyətdədir. Qiymətlərin bahalığı “Clear”dakı şəraitlə bağlıdır. Burda otaqların üç saatlıq qiyməti 60 manatdan başlayır. Müştərilər ciblərinə uyğun otaqları seçib özləri ilə gətirdikləri qızlarla bu müddət ərzində gün keçirirlər. Hoteldə ilin bütün fəsillərində sıxlıq müşahidə olunur. Hazırda Məhərrəm ayını yaşayırıq. Bu matəm ayında şadlıq evləri, restoran və əyləncə mərkəzlərinin bir çoxu fəaliyyətinə fasilə verir. Amma “Clear”ın rəhbərliyi belə məqamları nəzərə almır. Görünür, onlar üçün puldan dəyərli nəysə yoxdur. Nazirlik hotelə lisenziya verib, lakin bir dəfə gəlib “Clear”ın fəaliyyətini araşdırmırlar. Polis əməkdaşları dəfələrlə reyd keçirməyə cəhd göstəriblər, lakin hotelin rəhbər işçiləri nazirliyin müvafiq icazə sənədini onlara göstərməklə özlərini sığortalayıblar”. Əxlaqsızlığın təbliğ edildiyi məkanlardan biri də Babək prospektində yerləşən “Astoria Baku” hoteldir. Qeyd edək ki, “Emerald” və “Clear”dan fərqli olaraq “Astoria Baku”da qiymətlər daha bahadır. “Astoriabaku.com” saytındakı qısa axtarışdan sonra məlum oldu ki, hoteldə “standard SNGDBLTWN”, “superior_SNG_DBL”, “deluxe SNGDBL”, “suite jnior” tipli otaqlar və koteclər fəaliyyət göstərir. Ki, bu otaqlardan ən ucuzunun qiyməti 130 manatdan başlayır. “Astoria Baku”dakı otaqların hamısı USB, HDMI çıxışları olan plazma televizor, peyk televiziyası, yüksək sürətli internet, çay və kofe, hamam ləvazimatları, mini-bar, fen və kondisionerlə təchiz olunub. Əldə etdiyimiz məlumatlara görə, imkanlı müştərilər yetkinlik yaşına çatmayan xanımlarla “Astoria Baku” hotelində unudulmaz anlar yaşayırlar. Nəzərinizə çatdırmaq istəyirik ki, sözügedən əxlaqsızlıq yuvasının da lisenziyası var. Hörmətli nazir Əbülfəs Qarayev bizə inanmırsa, “Emerald”, “Clear” və “Astoria Baku”nun fəaliyyətini araşdıra və onların əsl təyinatının nədən ibarət olduğunu görə bilər. Ümumiyyətlə, bu cür obyektlərin fəaliyyət göstərməsi faciəyə bərabər bir şeydir. Çünki hotel adı altında işləyən əxlaqsızlıq yuvalarında hər gün yüzlərlə günahsız qızın başına olmazın oyunlar gətirilir(reportyor). Qısa araşdırmalardan sonra öyrəndik ki, “Emerald” hotelinin arxasında ləğv edilən MTN-dəki Akif Çovdarov şəbəkəsi dayanıb. Belə ki, “Emerald”, “Clear” və “Astoria Baku” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun nəzarətində olub. Ayrı-ayrı MMC-lər ilə fəaliyyət göstərsələr də, əksəriyyəti bu nazirliyin balansında olan ərazilərdə yerləşib və məhz V.Zeynalov tərəfindən hotel məqsədilə icarəyə verilib. Məsələ bununla yekunlaşmır. Yayılan xəbərlərdə deyilir ki, Çovdarovun gizli kasset görüntülərinin əksəriyyəti də bu hotellərdə baş verib. Vəzifəli şəxslərin, tanınmış simaların “gözdən uzaq” hesab etdikləri bu hotellər, xüsusilə, “Astoriya Baku” tələyə çevrilib. Bəzi yüksək çinli məmurların belə burada Mahmudov-Çovdarov şəbəkəsinin qurbanına çevrildiyi gələn məlumatlar arasındadır. Bu səbəbdən Daxili İşlər Nazirliyinin aidiyyəti idarələrinin əməkdaşlarının əxlaqsızlıq yuvasına çevrilən obyektin fəaliyyətinə müdaxilə edə bilmədikləri də vurğulanmaqdadır. /Azerinfo.org