Öldürülən “Qızıl Məryəm”in əri tənhalıqda ölən Qarabağ qazisi imiş... - VİDEO

Öldürülən “Qızıl Məryəm”in əri tənhalıqda ölən Qarabağ qazisi imiş... - VİDEO

 

 

Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında amansızlıqla öldürülən Nametzadə Məryam Tofiq qızının həyat yoldaşının kimliyi məlum olub.
 Azərtaym.az-ın məlumatına görə, öz qızı tərəfindən öldürüldüyü bildirilən “Qızıl Məryəm”in həyat yoldaşı Qarabağ qazisi Mehman Hüseynov olub.
M.Hüseynov “Qızıl Məryəm”dən ayrıldıqdan sonra bir müddət Bakıxanov qəsəbəsində tənha yaşayıb. Ömrünün son günlərini kasıblıqla keçirən Qarabağ qazısı 2015-ci ilin may ayında ürək çatışmazlığından dünyasını dəyişmişdi.
M.Hüseynov Qarabağ müharibəsindən bəhs edən məşhur "Fəryad" filmindəki baş qəhrəmanın prototipi olub. O, Milli Ordumuzun ilk hərbi hissələrindən birində - könüllülərdən ibarət Şıx batalyonunda tağım komandiri olub.
1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində gedən döyüşlərdə M.Hüseynov yaralı vəziyətdə düşmənə əsir düşüb.
Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar Ceyhun Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filminin ssenarisinə daxil edilib. Bu baxımdan, o, həmin ekran əsərinin baş qəhrəmanının prototipi olub.
 
 






Fikirlər