“MƏMURLARIMIZ DONUZ QRİPİNƏ YOLUXUB” - Partiya sədri

 

 

“Onların qulağını Hafiz Hacıyev kəsəcək”.

 


Bu sözləri Femida.az-a açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirdi ki, baş verən proseslər müxalifətin ayağına yazılmamalıdır:

“Bəzi hallarda səhvən müxalifəti reklam etmiş oluruq. Ölkədə baş verən prosesləri müxalifətin ayağına yazmaq onları şişirtmək deməkdir. Bu ancaq onları reklam etməyə yarayır. Biz onları reklam etməməliyik. Ölkədə müxalifət yoxdur. Onlar ölü bir məfhumdur. Ona görə də düşünürəm ki, ölkədə gedən bu proseslərin kökündə bahalaşma və müəyyən qüvvələrin ölkə prezidentinə xəyanəti dayanır. Bu gün bəzi məmurlar ölkə başçısına xəyanət edirlər. Güman ki, həmin məmurlar donuz qripinə yoluxub. Həmin xəstəliyin simptomlarıdır ki, onlar korrupsiyaya bulaşır, qeyri-qanuni əməlləri ilə yadda qalırlar. Amma həmin məmurlar unutmasınlar ki, Hafiz Hacıyev onların qulağını kəsər”. 

Hafiz Hacıyev onu da qeyd etdi ki, hamımız bir nəfər kimi ölkə başçısının ətrafında birləşməliyik:

“Ölkəni bir şəxs idarə edir. Bu gün hamımız prezidentimizin ətrafında birləşməliyik. Prezidentin tapşırıqları bəzi hallarda yerinə yetirilmir. Bütün məmurlar ölkə başçısından nümunə götürməlidir. Onlar öz vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirməlidir. Belə olduğu təqdirdə ölkədə etiraz aksiyaları da təşkil olunmaz”






Fikirlər