TƏhLÜKƏSİZLİK KƏMƏRİ bağlamayanların DİQQƏTİNƏ - Radara düşəcəksiniz

 


Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə edən sürücüyə elektron protokol (MMX) tərtib ediləcək. Bu barədə qərar mayın 1-dən etibarən qüvvəyə minəcək.
AzerTaym.az-ın bildirdiyinə görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a bildirib ki, yeni qaydaya əsasən sürücü təhlükəsizlik kəmərindən istifadə etmirsə, dirəklərdə olan videokameralar, həm də Dövlət Yol Polisi əməkdaşlarının istifadəsinə verilən yeni avtomobillərdə olan kameralar vasitəsilə həmin sürücü qeydə alınacaq.

“Yeni Dövlət Yol Polisi avtomobillərində yüksək səviyyədə optik göstəriciləri olan kameralar var. Onların hər bir istiqamətdə kamerası var və onun vasitəsilə təhlükəsizlik kəmərini bağlamayan sürücülər qeydə alınacaq. Kameralar hərəkətdə olan avtomobili də görüntüləyə bilir. Həmin sürücüyə elektron protokol tərtib ediləcək. Həmin məlumatlar Dövlət Yol Polisinin mərkəzi informasiya sistemində avtomatik olaraq qeydə alınacaq və protokol ünvana göndəriləcək. Dünyanın bir çox ölkələrində bu praktikadan istifadə olunur”. 






Fikirlər