“AZƏRENERJİ” ASC – enerji istehsalı sektorunda lider : ÖZƏL

 

 Məlum olduğu kimi ötən ilin fevral ayının 10-da ölkə prezidenti cənab İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı sərəncam imzalamışdı. Bundan sonra “Azərnerji” ASC-nin tabeliyində olan rayon elektrik şəbəkələri (işıq idarələri) bu qurumun tabeliyindən çıxarılaraq, “Azərişıq” ASC-nin tabeliyinə verildi.

Əlbəttə ki, əgər ölkə rəhbərliyi tərəfindən belə bir addımın atılması haqda qərar qəbul edilmişdisə, deməli buna müəyyən bir zərurət yaranmışdır. Heç bir şübhə ola bilməz ki, bunda məqsəd hər iki qurumun fəaliyyətlərinin səmərəliliyinin artırılması və son nəticədə ölkə daxilində enerji təchizatı işinin daha da yaxşılaşıdırılmasıdır. Yəni, istənilən halda ölkə rəhbərliyi tərəfindən qəbul edilən hər hansı qərar ilk növbədə ümumdövlət mənafeylərinin təmin olunması naminə verilir.

Lakin nədənsə, bəzi hallarda müəyyən qrup və şəxslər tərəfindən bu kimi islahatlara tamamilə fərqli don geyindirilməsi cəhdlərini də müşahidə edirik. Elə “Azərişıq” ASC-nin yaradılması ilə bağlı verilmiş sərəncamdan da dərhal sonra bir neçə kütləvi informasiya vasitələrində “Azərnerji” ASC-nin sədri Etibar Pirverdiyrvin “vurulmasından” bəhs edən materiallar dərc olumağa başladı. Məlum olduğu kimi “Azərenerji” ASC respublikamızın ən iri enerji istehsalçısıdır. Səhmdar Cəmiyyətin əsas funksiyası ölkəmizdə enerji istehsalının və ötürülməsinin idarə olunmasını həyata keçirməkdir.

Hazırda Cəmiyyətin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 100-ə yaxın yarımstansiya; “Mingəçevir”, “Varvara”, “Şəmkir”, “Yenikənd”, “Araz”, “Vayxır”, “Füzuli”, “Göyçay-1”, “İsmayıllı-1”, “Taxtakörpü”, “Şəmkirçay”, “Qusar-1”, “Arpaçay-1”, “Arpaçay-2”, “Biləv” su elektrik stansiyaları (SES), “Azərbaycan” istilik elektrik stansiyası (İES), “Cənub” ES, “Sumqayıt” ES, “Şimal” ES, “Səngəçal” ES, “Bakı” istilik elektrik mərkəzi (İEM), “Bakı” ES, “Şahdağ” ES, “Astara” ES, “Şəki”ES, “Xaçmaz” ES, “Naxçıvan” ES və Naxçıvan qaz-turbin elektrik stansiyası (QTES) kimi elektrik enerjisi istehsalı müəssisələri daxildir. Təbii ki, bütün bu müəssisələrin fasiləsiz və səmərəli fəaliyyəti bütün ölkə üçün böyük strateji əhəmiyyət kəsb edir.

Gəlin “Azərenerji” ASC-nin ötən il üçün dərc etdiyi bəzi hesabat xarakterli məlumatlara nəzər salaq. “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən verilmiş məlumata görə, təkcə ötən ilin ilk 10 ayı ərzinndə ölkə enerjisistemində 18,6 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Son beş il ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində yeni transformatorların ümumi gücü 2000 meqavoltamperə yaxın, 110-500 kV-luq yeni xətlərin ümumi uzunluğu isə, təqribən 800 km artmışdır.

Çox təəccüblüdür ki, hansı məqsədlərləsə Etibar Pirverdiyevin “nöqsanlarını” ifşa etməkdə xüsusi canfəşanlıq göstərən bəzi mətbu orqanları, onun rəhbərliyi altında “Azərenerji” ASC-nin imza atdığı uğurları tamamilə hesabdan atmağa çalışırlar. Halbuki, bu uğurlar göz qabağındadır. Elektrik enerjisi sistemindəki keyfiyyət və kəmiyyət dəyişiklikləri, generasiya potensialının yenilənməsi və artırılması nəticəsində ölkəmiz elektrik enerjisinin idxalından azad olmuş və ixrac potensialını artırmışdır. Generasiya güclərinin müasirləşdirilməsi enerji sistemin texniki-iqtisadi göstəricilərinin daha da yaxşılaşdırılmasına, hər kilovat-saat elektrik enerjisinin istehsalına yanacaq sərfiyyatının azaldılmasına imkan vermişdir. Azərbaycanın elektrik energetikası sisteminin yeni inkişaf mərhələsi kimi səciyyələndirilən bu dövr regionların sosial-iqtisadi inkişafına və yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması sahəsində dövlət başçısının göstəriş və tapşırıqlarının uğurla yerinə yetirilməsi ilə əlamətdar olmuşdur. Bütün bunların nəticəsində son 12 il ərzində respublikanın müxtəlif regionlarında ümumi gücü 2300 MVt-dən artıq olan çoxlu sayda yeni elektrik stansiyası istismara verilmişdir. Minlərlə kilometr elektrik verilişi xətləri, çoxlu sayda yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.

Картинки по запросу azərenerji

Enerji sistemin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlığı üzrə tədbirlər planına uyğun olaraq “Azərenerji” ASC-nin istehsal müəssisələrində və ötürücü şəbəkələrdə böyük həcmdə təmir işləri yerinə yetirilmişdir. Məhz bunun nəticəsidir ki, ötən ilin axırlarında ölkə ərazisində güclü küləklə müşayiət edilən leysan yağışları zamanı enerji təchizatında heç bir ciddi problem və qəza halları qeydə alınmamışdır. İl ərzində yeni generasiya güclərinin yaradılması və mövcud güclərdən səmərəli istifadə edilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, “Şimal” Elektrik Stansiyasında 409 MVt gücündə ikinci buxar-qaz qurğusunun tikintisi davam etdirilir. Bu layihənin reallaşdırılması ilə Abşeron yarımadasının, Bakı şəhərinin, onun ətrafındakı kənd və qəsəbələrin enerji təminatı daha da yaxşılaşdırılacaq, ümumən, enerjisistemin dayanıqlılığı gücləndiriləcəkdir. Layihə çərçivəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üçün yeni soyutma sisteminin, 220 və 110 kV-lik yarımstansiyaların, dəniz suyunun duzsuzlaşdırılması sisteminin qurulması nəzərdə tutulur. Stansiyanın yaxın vaxtlarda istismara verilməsi planlaşdırılır.

Həmçinin qeyd etmək lazımdır ki, son vaxtlar “Azərenerji” ASC beynəlxalq əlaqələrini möhkəmləndirməklə, bu istiqamətdə də fəaliyyət səmərəliliyini artırmaqdadır. 2015-ci ildə qurumun nümayəndələri Azərbayan- Rusiya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Belarus, Azərbaycan-İran hökumətlərarası komissiyalarının işində, MDB Elektro-energetika Şurasının 48-ci iclasında iştirak etmişlər. Azərbaycanda elektroenergetika elminin inkişafı, layihə-axtarış işlərinin təkmilləşdirilməsi istiqamətində də davamlı iş aparılır, energetika sahəsində çalışan alimlərimiz beynəlxalq elmi tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər.

Картинки по запросу azərenerji

Lakin çox təəssüflər olsun ki, bu gün “Azərenerji” ASC-nin bu uğur və nailiyyətlərinin işıqlandırılmasına ölkə mətbuatında olduqca az yer ayrılır. Bunun əvəzində isə, ASC-nin sədri Etibar Pirverdiyevə qarşı bəzi mətbu orqanlarının səhifələrində əsassız ittihamlar irəli sürülməkdədir. Xüsusilə son vaxtlar “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) fəaliyyətində, işçilərin əməkhaqqlarının verilməsilə bağlı müşahidə olunan bəzi müvəqqəti problemlər son dərəcə qabardılaraq, ictimaiyyətə birbaşa “Azərenerji” ASC-nin rəhbərliyinin yol verdiyi nöqsanlar kimi təqdim olunur. Lakin bu qara piar kampaniyasını düzənləyənlərin əslində heç də STP-nin işçilərinin maraqlarından çıxış etmədikləri dərhal aydın olur.

Böyük ehtimalla, Etibar Pirverdiyevə qarşı aparılan bu kampaniya sırf şəxsi məqsədlər daşımaqla, ölkənin enerji sektorunda müəyyən boşluqların yaranmasını arzulayan qüvvələr tərəfindən yönəldilməkdədir.

"AzerTaym.az"






Fikirlər