GÜRCÜ NAZİR ELMAN RÜSTƏMOVA DƏRS KEÇDİ - “10 MİLYARD DOLLAR XƏRCLƏDİ, ANCAQ…”
“Əgər düzgün ticarət balansı yoxdursa milli valyutanın kursunu süni yolla sabit saxlamağın mənası yoxdur” “Azərbaycan milli valyutasının kəskin devalvasiyasının qarşısını ala biləcəyinə dair illüziyalarla qidalanan sonuncu ölkə oldu.” Gürcüstan Milli Bankı larinin dollara nisbətdə ucuzlaşmasının qarşısını almaq üçün uzun müddətdən sonra ilk dəfə bazara intervensya edib-strateji ehtiyatlarından 20 milyon dollar satıb.Virtualaz.org gürcü KİV-lərinə istinadən xəbər verir ki, Milli Bankın bu qərarı ekspertlər tərəfindən tənqid olunur.
Lakin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili yerli televiziyaya verdiyi müsahiədə qərarın qısamüddətli perspektiv baxımından düzgün olduğunu əsaslandırmağa çalışıb, başqa yol olmadığını deyib və Azərbaycanı misal göstərib.
Nazirin sözlərinə görə, valyuta bazarında situasiyanı qısamüddətli nizamlamaq üçün dövlətin iki yolu var-ya bazara intervensiya etmək, ya da pul kütləsini məhdudlaşdırmaq.
“İntervensiya heç bir halda olmaz, ancaq pul kütləsini də azaldanda iqtisadiyyat geriləyəcək. Ötən həftə və bu gün Milli Bank hərracda 20 milyon dollar satıb və bu da məhz qısamüddətli dövr üçün mümkün iki alətdən biridir. Başqa alət yoxdur. Əgər kimsə başqa yol bilirsə buyurub desin, məmuniyyətlə qulaq asaram”-Kumsişvili bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan valyuta rezervlərindən 10 milyard dolları xərclədi, ancaq manatın 105 faiz dəyərdən düşməsinin qarşısını ala bilmədi. Kumsişvili deyib ki, açıq bazar iqtisadiyyatında düzgün ticrət balansı istisna olmaqla valyuta kursunu saxlamaq praktiki olaraq mümkün deyil.
“Azərbaycan iqtisadiyyatı bizdən bir neçə dəfə böyükdür, ölkə 10 milyard dollar xərclədi, bəs effekti nə oldu? Bundan da belə nəticə çıxarmaq olar ki, əgər düzgün ticarət balansı yoxdursa milli valyutanın kursunu süni yolla sabit saxlamağın mənası yoxdur”-nazir deyib.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Milli Bankının keçmiş sədri Roman Qotsiridze də Azərbaycan Mərkəzi Bankının manatın kursunu valyuta ehtiyatlarını xərcləyib tükətməklə sabit saxlamaq taktikasının yanlış olduğunu bildirmişdi.
“Azərbaycan milli valyutasının kəskin devalvasiyasının qarşısını ala biləcəyinə dair illüziyalarla qidalanan sonuncu ölkə oldu. Manatın dramatik şəkildə dəyərdən düşməsində daxildə yol verilən iqtisadi səhvlərin də rolu olub”-Qotsiridze deyib.