PREZİDENT YANINDA Apellyasiya Şurası yaradıldı – Sərəncam

 

serencamPrezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmanın sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə imzalandığı bildirilir.
Fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi” təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası , Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə Prezident yanında Apellyasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirləri görmək tapşırılıb.

(Azərtaym.az)

 






Fikirlər