ƏHALİNİ belə aldadırlar - FOTO

 

Kəmalə Quliyeva adlı sakin bildirib ki, mağazada satılan malların üzərindəki qiymətlərlə çekdə qeyd edilən rəqəm uyğun gəlmir:
“Malları alıb evə qayıtdım, çekə baxanda dəhşətə gəldim. 35 manatlıq qadın üçün şalvarı çekdə satılan qiymətdən artıq qiymətə kassada vururlar. Mən buna diqqət etmədim və sonra evdən onlara zəng edib şikayətimi bildirəndə mənə cavab verdilər ki, o kod ilə olan mal 49 manatdır. Müraciət edəndə ki, malı qaytarmaq istəyirəm, cavab o oldu ki, bizdə alınan mal geriyə qaytarılmır. Halbuki xaricdə olan “Zara” şəbəkə dükanlarında alınan mallara 14 gün ərzində geri qaytarmağa müştərinin icazəsi var, hətta elə ölkələr də var ki, 30 gün qaytarılma icazəsi olur. ( lent.az )

Əhalini belə aldadırlar - FOTO






Fikirlər