Nazirlyin QANUNSUZ OV hallarına qarşı reydləri davam edir
"AzerTaym.az"-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində növbəti reydlər keçirilib. 2016-cı ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb. Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub. Nazirlikdən verilən məlumata görə,Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər bu gün də davam etdirilir.