Seyidovun işdən çıxardığı rəisə Usubov yüksək vəzifə verdi

Seyidovun işdən çıxardığı rəisə Usubov yüksək

Daxili işlər naziri Ramil Usubov polis general-mayoru Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat almasından sonra işdən çıxardığı yüksək rütbəli polis əməkdaşlarından bəzilərinə vəzifə verib.

AzNews.az-a daxil olan məlumata görə, onlardan biri daxili işlər orqanlarında təcrübəli şəxslərdən hesab olunan BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin sabiq rəisi, polkovnik Əli Hacıyevdir. O, Daxili Təhqiqatlar İdarəsinin rəis müavini vəzifəsinə gətirilib.

Bildirilir ki, idarənin sabiq rəisi, rəisi general-mayor Rasim Musayevin qəfildən dünyasını dəyişməsindən sonra R.Usubov rəis vəzifəsinin müvəqqəti icrasını Əli Hacıyevə tapşırıb. 

Sumqayıt şəhər Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Sahib Mirzəyevin idarəyə rəis təyin oıunmasından sonra isə Ə.Hacıyev də nazrin əmri ilə idarə rəisinin müavini vəzifəsinə keçirilib.

Xatırladaq ki, Mirqafar Seyidovun Ə.Hacıyevlə birlikdə işdən çıxardığı 9 yüksək rütbəli şəxlə bağlı nazirliyin rəsmi məlumatında onların işlərində yol verdikləri ciddi nöqsanlara görə işdən azad edildikləri qeyd olunmuşdu. İşdən çıxarılanlar arasında Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da var idi.

 






Fikirlər